Azərbaycan və Qətər Dövlətinin XİN başçıları telefonla danışıb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan və Qətər Dövlətinin XİN başçıları telefonla danışıb

2020-ci ilin 1 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>