Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub | SON XƏBƏR | SON XƏBƏR

Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

1 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mevlüt Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>