Moldovadakı səfirimiz bu ölkənin xarici işlər və avrointeqrasiya naziri ilə görüşdü | SON XƏBƏR | SON XƏBƏR

Moldovadakı səfirimiz bu ölkənin xarici işlər və avrointeqrasiya naziri ilə görüşdü

2 dekabr 2020-ci il, Kişineu – Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov ilə görüşüb.
Görüşdə rəsmilər ikitərəfli münasibətlərlə bağlı gündəlikdə duran məsələləri və Qarabağ bölgəsindəki son vəziyyətə dair fikir mübadiləsi aparıb.
Həmsöhbətlər Kişineu və Bakının diplomatik qurumlarının rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunan razılaşmaya əsasən iki ölkənin Xarici İşlər Nazirlikləri arasında dialoqa və ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə dair gələcəkdə ikitərəfli siyasi münasibətlərin dərinləşdirilməsi potensialını müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>