PAŞİNYANDAN SİYASİ-HƏRBİ TƏXRİBAT: KEÇMİŞ NAZİRİNİ OLMAYAN "DQR"A NAZİR TƏYİN ETDİ | SON XƏBƏR | SON XƏBƏR

PAŞİNYANDAN SİYASİ-HƏRBİ TƏXRİBAT: KEÇMİŞ NAZİRİNİ OLMAYAN “DQR”A NAZİR TƏYİN ETDİ

image here

Paşinyan hakimiyyəti siyasi manevrlərindən qalmır və itirilmiş bütün nüfuzunu "DQR" pərdəsi altında kompensasiya etməyə çalışır. Bu gün Azərbaycan Prezidentinin fərmanı ilə noyabrın 10-nun hər il Qələbə günü kimi qeyd edilməsinin ardından, Paşinyanın dəstəsi Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri, "İşıqlı Ermənistan" fraksiyasından keçmiş millət vəkili Mane Tandilyanı Dağlıq Qarabağın sosial və mənzil məsələləri naziri təyin edib. Ermənistan KİV-ləri yazır: "Bu barədə DQR prezidenti Arayik Arutyunyanın mətbuat xidməti məlumat verib...".
Bu nə təxribatdır, hər halda Paşinyan və komandası yaxşı bilir. Və onu da yaxşı bilirlər ki, artıq bölgədə bu adda statuslu qurum yoxdur. Qarabağda həm də nə aran var, nə də Dağlıq hissə Var-Qarabağ!!!
Yeri gəlmişkən, Rusiyanın sülhməramlı komandanlığı sülhə deyil, müharibə və ya münaqişəyə gətirib çıxaracaq belə təxribatlara ciddi reaksiya verməlidir. Prezident Putin bu günlərdə Rossiya24-ə müsahibəsində də aydın şəkildə dedi ki, Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir! Bunun üstündən hansısa qondarma quruma nazir təyin edilməsi absurd işdir və təxribat əməlidir.
A.Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>