Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirb SAXLANILANLAR VAR | SON XƏBƏR | SON XƏBƏR

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirb SAXLANILANLAR VAR

Almaniyanın Frankfurt şəhərinin aeroportu polisin əməliyyat keçirməsi haqqında bildirib.

Bu barədə “RİA Novosti” xəbər verir.

Qeyd edilir ki, dəmiryol vağzalının uzaq məsafəli qatarların keçidi və birinci terminalı qismən bağlanıb.

Sərnişinlər aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırılır. Polis əməliyyatın sahibsiz yükün aşkar edilməsi ilə əlaqədar olduğunu bildirib. Yükə baxış keçirilib və onun təhlükəsiz olması aşkarlanıb.

Öz növbəsində yerli mətbuat hadisə ilə bağlı iki nəfərin saxlanıldığını, üçüncü şəxsin axtarışlarının davam etdiyini bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>