Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev | SON XƏBƏR | SON XƏBƏR

Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib – Emin Əmrullayev

Brifinqdə söylədiyim "Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar" fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu, təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əgər bu gün bir nəfərin təhsilinə 2500 manat vəsait ayrılırsa, bu məbləği 500-ə endirsək, o zaman 5 nəfər təhsil alır:

"Bu halda, 500 manata hazırlanmış mühəndislə 2500 manata hazırlanmış mühəndis arasında keyfiyyət fərqi var. Biz kəmiyyətə görə keyfiyyəti qurban verməməliyik. Ali təhsildə kəmiyyət dəyişiklikləri mütləq baş verməlidir. Amma biz süni şəkildə sayları artırmaqla "əhalimiz daha çox ali təhsil aldı" deyib özümüz özümüzü aldatmamalıyıq. Çünki uzunmüddıtli bir dövrdə həmin adamlar bizim əmək bazarının əsas hissəsi olacaqlar".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>