MEK “Nizami Gəncəvi -880” adlı iki hissəli videslayd hazırlayıb | SON XƏBƏR | SON XƏBƏR

MEK “Nizami Gəncəvi -880” adlı iki hissəli videslayd hazırlayıb

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən qüdrətli söz və fikir ustadı, dahi şair Nizami Gəncəvinin parlaq irsini özündə əks etdirən nəşrlərdən ibarət iki hissəli “Nizami Gəncəvi-880” adlı videoslayd hazırlanıb. Videoslayda MEK-in zəngin fondlarında qorunan Azərbaycan və xarici dillərdə ümumilikdə yüzə yaxın nəşrlərdən seçmələr daxil edilib.

Nizami Gəncəvinin "Xəmsə"sindən "Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri, görkəmli şərqşünas, nizamişünas alimlərinin dəyərli araşdırmaları, tərcümələri haqqında məlumatlar yerləşdirilib.

Həmin videoslaydların I və II hissəsini oxucular MEK-in sosial şəbəkələrindən izləyə bilərlər.

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>