Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)

25 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO) - Gallery Thumbnail
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO) - Gallery Thumbnail
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO) - Gallery Thumbnail

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>