Xocalı qatilləri cəbhədə necə məhv edildi- Müzəffər ordu və Ali Baş Komandanın QİSASI | SON XƏBƏR | SON XƏBƏR

Xocalı qatilləri cəbhədə necə məhv edildi- Müzəffər ordu və Ali Baş Komandanın QİSASI

BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırımı kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür.

xocali_soygirim_230218

Həmin konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. Bu günədək dünyanın 10-dan çox ölkəsində Xocalı qətliamı soyqırımı kimi tanınıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal ediblər.

Hücumdan əvvəl, fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib.

Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da, şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.

Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri nə idi? Bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ancaq bu il tamamilə başqa ab-havadır. Ötən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrdan etibarən şanlı Ordumuzun başladığı müzəffər yürüş, dövlət başçısının xalqa müraciətləri və xarici mətbuata verdiyi müsahibələr regionun siyasi mənzərəsində nə qədər böyük zəlzələ effekti yaradırsa, xalqımızın qəlbində bir o qədər dərin sevinc, qürur və qəhrəmanlıq hissi formalaşdırır.

Təkcə torpaqlarımızı geri almadıq.

Həm də Xocalının qisası qismən alındı.Xocalı qatillərindən neçəsi məhv edildi.

Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının Şirak böləsindən Qarabağa döyüşməyə yollanmış 64 nəfərdən cəmi 18 nəfər sağ qadı.

Məhv edilənlərin arasında 2 Xocalı cəlladı var idi.

Şuşa uğrunda şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri general-polkovnik Seyran Ohanyan yaralandı. Qeyd edək ki, Seyran Ohanyanın oğlu Artur Ohanyan da Qarabağda gedən döyüşlərdə yaralanıb.

Ermənistan parlamentinin sabiq deputatı, “Qara Qaplan” adlı könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan müalicə aldığı xəstəxanada öldü.

O, cəbhədə ağır qəlpə yarası aldıqdan sonra Xankəndindən İrəvana aparılmışdı.

Qasparyan Qarabağ müharibəsi zamanı Xocalıda törədilən qətliamın cəlladlarından biri idi . Həmçinin Qasparyanın 29 yaşlı oğlu Azərbaycan Orusu tərəfindən məhv edildi.

Xocalı soyqrımının iştirakçısı olan “Saşik” ləqəbli Aleksandr Arutyunyan Hadruta hücum edərkən Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edildi.

A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Bu barədə Araik Arutyunyan öz “Facebook” səhifəsində məlumat paylaşdı.

Qeyd edək ki, həmin cinayətkar Qarabağ separatçılarının başçısı olan Araik Arutyunyanın ən yaxın dostu idi.

Bax beləcə Prezident İlham Əliyevin komandanlığı altda ilahi ədalət bərpa olundui, qatillər cəzasın aldı.

Aynur Kamil qızı  Musayeva

Tanınmış iqtisadçı, iş adamı, xeyriyyəçi

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>