Hadrut şousu, erməni dramı və Xankəndidə dar ağacı qurmaq vaxtı | SON XƏBƏR | SON XƏBƏR

Hadrut şousu, erməni dramı və Xankəndidə dar ağacı qurmaq vaxtı

Qarabağda gərginliyi tətikləmək istəyən ermənilər və onların havadarları indi də yeni üsula əl atıblar.

Davamlı şəkildə “hadrutluların aksiyası”nı təşkil edirlər. Azərbaycanın qəhrəman ordusunun işğaldan azad etdiyi Ağoğlanda vaxtilə məskən salmış ermənilər əvvəlcə Xankəndidə toplaşıb, Rusiya sülhməramlıalarından nicat istəyiblər.

Həmin bu ermənilər tələb ediblər ki, ya normal yaşamaq üçün şərait yaradılsın, ya da geriyə, indi Azərbaycannın nəzarətindəki ərazilərə qayıtmaq imkanı verilsin. Özünü hadrutluların “deputat”ı adlandıran quldurlardan biri - Metakse Akopyan deyib ki, keçən ay da aksiya keçiriblər, sülhməramlıların komandanı, general-leytenant Rüstəm Muradova kollektiv məktub göndəriblər. Ancaq məsələnin müzakirə olunduğu deyilsə də, hələ cavab yoxdur. “Sosial vəziyyət çox ağırdır, dalana dirənir. Heç bilmirəm bu dalandan necə çıxacağıq”, - M.Akopyan deyib.

Şikayətləniblər: rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə ermənilərin normal yaşayış şəraitləri yoxdur; soyuq havada evlərin qızdırılması ilə bağlı ciddi çətinlik çəkirlər; hətta çörək qıtlığı var. Təsəvvür edin, “öz müqəddəratını təyin etmək” istəyən, özlərini “müstəqil dövlət” sayanlar çörək və istilik dərdi çəkir.

Azərbaycanın Milli Məclisi bu günlərdə sahibkarlara buğda ixracını daha 3 illik ƏDV-dən azad edən sənədi təsdiqlədi, bununla iş adamlarımıza növbəti güzəşt edildi, vətəndaşların qayğısına yönəlik addım atıldı. Azərbaycan ərazisində hələ də öz hikkəsinin qurbanı olan, ac-yalavac qalmış bir ovuc erməni isə general Muradovdan nicat istəyir. Bu bədbəxtlər anlamır ki, Rusiya özünün150 milyonluq əhalisinin problemlərini qoyub, onların, tarixən hər cür satqınlığa imza atan bir toplumun qarnını doyurmaqla məşğul olmayacaq.

Hadrut erməniləri deyib ki, hər qarabağlı erməniyə ayda cəmi 68 min dram veriləcəyini deyilib. Ermənistan özünün ac-yalavaclarını düşünsün, yoxsa Qarabağ ermənilərini? Özü də artıq Ermənistan və Qarabağ erməniləri arasında açıq şəkildə uçurub yaranıb. Qarabağa gizli yolla əsgər göndərilməsinə qarşı çıxır irəvandakılar. Hadrut, Xankəndi, Xocavənd erməniləri bu həqiqəti nə qədər tez anlasa, özləri üçün yaxşıdır! Hadrutda yaşlı ər-arvadı atıb getmişdi erməni ordusu, onları Azərbaycan əsgərləri xilas etmişdi, keçmişi unutmasınlar! Tövbə zamanıdır!

BMT bu günlərdə açıqladı ki, Qarabağa cəmi 25 min erməni qayıdıb. Belə çıxır ki, ermənilər və ya bu barədə rəsmi məlumat hazırlayan sülhməramlılar rəqəmi əksinə oxuyub, 52 min açıqlayıblar. Terroru, separatçılığı stimullaşsdıranlar çox çalışdılar rəqəmləri şişirtməklə “varlıqlarını” sübuta yetirməyə çalışdılar, ancaq tez ifşa olundular. Beləcə, Qarabağdakı sayı heç 30 minə çatmayan erməni də gözünü aylıq 68 min drama dikib.

Əslində bu, erməni dramıdır, fəlakətidir. Budur, xəbər verilir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 68,56 dollaradək yüksəlib. Ermənilər tövbə edib, Azərbaycandan bəhrələnməkdənsə, İrəvandan, yaxud diaspordan gələcək ianəyə - 68 min drama göz dikib. O da gəlsə...

Əslində Qarabağ erməniləri normal düşüncə sahibi olsaydılar, 30 ildir onların başına corab hörən, boynuna kəndir keçirib, “müstəqil artsax” nağılını danışanları elə Xankəndinin “Dirçəliş” adlandırdıqları meydanda dar ağacından asar, tövbə edər və Azərbaycandan nicat istəyərdilər. Araik Arutyunyanla Vitali Balasanyanı yanaşı assalar, bu, digərlərinə də dərs olar. Onsuz da Azərbaycanın ədalət mühakiməsi günün birində sözünü deyəcək, çox az qalıb. Ancaq Qarabağ erməniləri özləri də girovluqdan xilas olmaq üçün hərəkətə keçsələr, normal həyata daha tez qayıda bilərlər.

Yazını yekunlaşdıranda baxdım ki, bir qrup “hadrutlu” İrəvanda ABŞ, Rusiya və Fransa səfirliyinin qarşısında aksiya keçiriblər ki, “bizi evimizə qaytarın”. Ermənilərin ağır “xəstəlik”dən əziyyət çəkdiklərini anlayırıq. Onların müalicəsi üçün uzun müalicə kursu gərəkdir, təbii ki, sağalacaqlarsa... Məsələn, sual oluna bilər: Qarabağ müharibəsindən 4 ay keçib, niyə indiyədək Azərbaycan dövlətinə müraciətlə “bizi vətəndaşınız olaraq qəbul etməyinizi xahiş edirik” müraciətini etməyiblər? Əgər ac-yalavac yaşamaq istəmirlərsə, bayrağımız altında yaşamağa qərar verməlidirlər. Adam kimi yaşamaq istəyən Ağoğlana qayıtmaq üçün rəsmi Bakıya müraciət etməlidir, üçüncü ölkənin generalına yox...

Hadrutluların şousunu təşkil edənlər unutmasın: çox keçməyəcək Xankəndi, Xocalı, Xocavənd, Zəngəzur, Göyçədən... olan azərbaycanlılar da evimizə qayıtmaq istəyirik, deyəcəklər, özü də “Dəmir yumruq”un müşayiəti ilə. Şouları yığışdırıb, oyunbazlığa son qoymaq zamanıdır...

 

Elşad Paşasoy


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>