İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Sonxəbər.info-ya  verilən məlumatda bildirilir ki, aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

X X X

Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.

İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO) - Gallery Thumbnail
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO) - Gallery Thumbnail
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO) - Gallery Thumbnail

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>