İki gündə 5 ünvanda 5 şirkət yaradan Rzaquliyev kimdir: Narkoman, yoxsa iş adamı? | SON XƏBƏR | SON XƏBƏR

İki gündə 5 ünvanda 5 şirkət yaradan Rzaquliyev kimdir: Narkoman, yoxsa iş adamı?

İki gündə 5 ünvanda 5 şirkət yaradan Rzaquliyev kimdir: Narkoman, yoxsa iş adamı?

Bu ilin 27-28 yanvarında bir şəxsin qanuni təmsilçisi olduğu 5 şirkət yaradılıb.

Qaynarinfo xəbər verir ki, fərqli hüquqi ünvanlarda yaradılan "NGN GROUP”, "LALENDE FM GROUP" "SEMRA SNG", "MANTI LM GROUP", və "MADAGAR RF" MMC-lərin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.
Bu şirkətləri birləşdirən təkcə qanuni təmsilçinin eyni adam olması yox, həm də nizamnamə kapitalının 2 manat olmasıdır.
Qeyd edək ki, 27 yanvarda dövlət qeydiyyatına alınan "LALENDE FM GROUP"-un hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Elçin Əliyev ev.4 m.0. 27 yanvarda dövlət qeydiyyatına alınan "SEMRA SNG"-un hüququ ünvanı Bakı şəhəri, Hüseynbala Əliyev 2 MK ev.9 m.4, 27 yanvarda dövlət qeydiyyatına alınan "MANTI LM GROUP"-un hüququ ünvanı Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə ev. 10/8 m.0. , 27 yanvarda dövlət qeydiyyatına alınan "MADAGAR RF"-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ev.145 m.0 və 28 yanvarda dövlət qeydiyyatına alınan "NGN GROUP" MMC-nin hüququ ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Z.Qəmbərov dön. (Rəsulzadə qəs.) ev.2, m.2.-dir.
Şirkətlərin hansı məqsədlə yaradıldığı məlum deyil. Amma yaradılmış 5 yeni şirkətin qanuni təmsilçisinin kimliyi ilə bağlı internet resurslarında araşdırma apararkən məlum oldu ki, Rzaquliyev İrşad Elham oğlu (https://aqreqator.az/az/hadise/980090) narkotik vasitə almaq üçün avtomobil oğurlayan şəxs kimi ötən ilin sentyabr ayında saxlanılıb.
Xəbərdə deyilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə Babayev Qəşəm Əliqəmən oğlu ərizə ilə müraciət edərək bildirib ki, o yaşadığı Yəhya Bakuvi küçəsi 5 ünvanında avtomobili oğurlanıb.
Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. O, avtomobili ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Onun üzərindən narkotik maddə sayılan kakos aşkar edilib. Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.
Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını, sadəcə maqnitafonunu satıb özü üçün narkotik vasitə alacağını bildirib.
Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitə də əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>