Kosmosda tikiləcək ilk otel 2027-ci ildə qonaqlarını qəbul edəcək - MARAQLI... | SON XƏBƏR | SON XƏBƏR

Kosmosda tikiləcək ilk otel 2027-ci ildə qonaqlarını qəbul edəcək – MARAQLI…

Amerika Birləşmiş Ştatları dünyanın ilk kosmik otelini tikmək üçün hərəkətə keçib.

2025-ci ildə dünyanın aşağı orbitində inşa ediləcək otel, 2027-ci ildə qonaqlarını qəbul edəcək. 400 nəfərlik oteldə müştərilərin rahatlığı üçün hər şey olacaq.

Böyük bir dairə şəklində olacaq kosmik stansiya daim dönərək ay səthi kimi cazibə qüvvəsi yaradacaq. Dünyadakı səyahətini 90 dəqiqədən bir başa vuracaq otel 400 nəfərlik olacaq. Digər tərəfdən şirkətdən verilən açıqlamada, oteldə  kinoteatr, bir gəmi və idman salonu, bar, spa və restoran olacağı bildirilib.

Bundan əlavə oteldə Nasa və Esa kimi kosmik tədqiqat mərkəzləri hökumətlərə icarəyə veriləcək və ya satılacaq. Bununla yanaşı, ayrı-ayrı şəxslərin satın ala biləcəyi modul tipli otaqlar da satışa çıxarılacaq. Beləliklə, otel həm fərdi, həm də tədqiqat mərkəzi kimi də istifadə edilə biləcək.

Vasif Əlihüseyn

Moderator.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>