Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb | SON XƏBƏR | SON XƏBƏR

Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb

Kürdəmirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, Mercedes" markalı minik avtomobili "KamAz" markalı yük maşını ilə toqquşub.
Qəza zamanı 6 nəfər xəsarət alıb. Onlar Bakı şəhər sakinləri Mustafayev Mübariz Əhməd oğlu, Mustafayeva Leyla Yasin qızı, Mustafayeva Dursun Məhəmməd qızı, Mustafayeva Bəsti Məhəmməd qızı, Mustafayeva Nəzrin Xəyyam qızı, İbrahimova Təravət Yasin qızıdır.
Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>