Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR | SON XƏBƏR | SON XƏBƏR

Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb. Hadisə idarə rəisi kənd ərazisində su xətlərini yoxlayarkən baş verib. Hadisə nəticəsində H.Əzimzadə müxtəlif bədən xəsatrətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və sağ ayağın topuqdan aşağı ətrafı amputasiya edilib.

Trend-in Qarabağ bürosu idarə rəisinin yerləşdirildiyi xəstəxanadan görüntüləri təqdim edir.

Xatırladaq ki, hadisə ilə bağlı Ağdam rayon prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>