Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir | SON XƏBƏR | SON XƏBƏR

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin  verdiyi məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Martın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Martın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>