ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb | SON XƏBƏR | SON XƏBƏR

ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 478 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 478 614 nəfər yeni koronavirusa yoluxub, 10 124 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 135 492, ölənlərin isə 2 581 976 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 28 602 211 nəfər. Siyahıda daha sonra Hindistan (11 210 799), Braziliya (10 869 227), Rusiya (4 312 181), Böyük Britaniya (4 213 347), Fransa (3 814 830), İspaniya (3 142 358), İtaliya (3 046 762), Türkiyə (2 769 230), Almaniya (2 500 182), Kolumbiya (2 269 582) və Argentina (2 146 714) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>