Alman kəşfiyyatının şok məlumatı - "Patı" XANKƏNDİDƏ hazırlanır | SON XƏBƏR | SON XƏBƏR

Alman kəşfiyyatının şok məlumatı – “Patı” XANKƏNDİDƏ hazırlanır

Son günlər “patı” bəlası əsas müzakirə mövzularından biridir. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var.

BayMedia xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevirlən “patı” Xankəndidə hazırlanır.

Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyi bildirilir. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.

Mənbənin bildirdiyinə görə, Xankəndidə “Patı” istehasl edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər.

Mənbə bildirib ki, əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>