Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun gəlmir (VİDEO) | SON XƏBƏR | SON XƏBƏR

Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun gəlmir (VİDEO)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Bakı ilə Ankara arasında ortaq türk ordusunun yaradılması haqda danışması barədə səsləndirilən iddialar həqiqətə uyğun gəlmir.

Trend-in məlumatına görə, iyulun 28-də Bakıda keçirilən mətbuat konfransında Şentop "Türkiyə ilə Azərbaycan ortaq bir türk ordusu yarada bilərmi?" sualını cavablandırarkən deyib: "Türkiyə və Azərbaycan arasında bir çox anlaşmalar edirik. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində edilən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təlim çalışmaları da daxil olmaqla, bir çox başqa işlər də var. Lakin bizim əsas devizimiz mərhum Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət şüarıdır. Bu istiqamətdə bir çox işlər aparılır".

Parlamentin sədri ortaq türk ordusunun yaradılması ehtimalı barədə fikir səsləndirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>