Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ | SON XƏBƏR | SON XƏBƏR

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü – RƏSMİ

Bakı şəhər əhalisinin 2021-ci ilin əvvəlində qeydə alınan sayı açıqlanıb.

Valyuta.azın Bakı şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 milyon 300,5 min nəfər təşkil edib. B

Sənədə əsasən, bu göstərici illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.

Ömər Vəzirli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>