International Medical Centre-də vətəndaşları necə soyurlar? - İlginc faktlar | SON XƏBƏR | SON XƏBƏR

International Medical Centre-də vətəndaşları necə soyurlar? – İlginc faktlar

Adının çəkilməsini istəməyən Bərdə sakinlərindən biri Bakıda fəaliyyət göstərən İnternational Medical Centre-də qanunsuzluqla üzləşib. O, ANAXEBER.info-ya ünvanladığı müraciətdə bildirir ki, nəvəsi 2 avqust 2021-ci ildə həmin klinikada əməliyyatla dünyaya gəlib.  "Əməliyyat üçün 1200 manat  alıblar. Heç bir qəbz təqdim etməyiblər. Bir gündən sonra isə əlavə 775 manat tələb ediblər. Bildiriblər ki, bu,  dərmanlara, COVID testin  yoxlamaga, və  klinikaya kənardan  gətirilmiş aparatlara  və həkimlərə  görədir. Üç gün keçdikdən sonra isə bizə bildiriblər ki, borcunuz 1400 manat olub. Daha 3 gün sonra yenidən 1400 manat əlavə olaraq  pul tələb ediblər. Beləliklə, 8 gün klinikada qalan uşaq üçün 4060 manat pul tələb ediblər: 1200 manat  ananın əməliyyatı, 2860 manat isə əlavə xərclər üçün", - deyə şikayərçi bildirib. Onun sözlərinə görə, bununla kifayətlənməyib uşağa "Penaqlobin" adlı dərmanın lazım olduğunu deyiblər: "Bu tapılmayan bahalı dərmandır. 4 ampulası 800 manatdır. Biz klinikadan uşağa edilən yardımın görüntülərini tələb etdik. Özünü klinikanın hüquqşünası kimi təqdim edən Bəhram adlı şəxs isə dedi ki, bunun üçün məhkəmə qərarı lazımdır. Beləliklə, bizə görüntüləri təqdim etmədilər. Sizdən xahiş edirəm ki, baş verən bu qanunsuzluğun ictimailəşməsinə və müvafiq qurumların diqqətinə çatdırılmasına yardımçı olasınız". ANAXEBER.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>