Qərb mediasına dərs verən sərkərdə - VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Qərb mediasına dərs verən sərkərdə – VİDEO

24e8b7889b6523d66d8bcf011e47b099

Mat vəziyyətdə qalan və qisas almağa çalışan qərbyönümlü dairələr

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu gerçəkliyi isə qərbyönümlü qüvvələr nədənsə qəbul etmək istəmir. Qələbənin qazanılmasından sonra davam edən qara piar kampaniyası müharibənin başlanmasının 1 illiyi ərəfəsində daha da geniş vüsət almağa başlayıb.

Məğlubiyyətlə barışmaq istəməyən Ermənistanın tez-tez revanşist fikirlər səsləndirməsi fonunda onun dəstəkçiləri artıb. Fransanın mövqeyi əvvəldən bəlli idi. ABŞ-ın Ermənistandakı səfiri isə geridə qalmış Qarabağ məsələsini gündəmə gətirməklə Azərbaycanın qələbəsinə kölgə salmağa calışır və mənasız bəyanatlar səsləndirməkdə davam edir.

Azərbaycanın uğurunu uğursuzluq kimi təqdim etməyə çalışanlar sanki indi yuxudan oyanıb bölgədə nə baş verdiyini anlamağa çalışırlar.

Müharibə dövründə Prezidentin tutarlı cavabları qarşısında mat vəziyyətdə qalan Qərb mediası bəlkə ölkəmizə qarşı aparılan qara piar kampaniyası ilə qisas almağa çalışır?

Heç kimə sirr deyil ki, döyüşlər getdiyi bir vaxtda paralel olaraq dövlət başçısı dünyanın ən aparıcı kiv-nin üzünə necə deyərlər, bütün qapıları açdı və Azərbaycandakı real vəziyyəti ortaya qoymaqla yanaşı verilən qərəzli sualları səbrlə, təmkinlə cavablandırmaqla tutarlı cavablar verdi.

Azərbaycan qələbədən sonra da qalib ölkə olaraq sülhün tərəfində olduğunu nümayiş etdirdi. Hətta xarici eksperlər Prezident İlham Əliyevin müharibənin deyil, sülhün tərəfdarı olmasını, Ermənistanı sülhə dəvət etməsini həm maraq, həm də təəccüblə qarşıladılar. Bəli, artıq Qərb yönümlü dairələr çalışsalar da çətin ki, nəyəsə nail ola. Çünki Azərbaycan öz torpaqlarına sahib çıxmaqla status məsələsini ləğv edib və bölgədə yaratdığı reallıqları icra etməyə başlayır. İndi biz regionda kommunikasiya, logistika layihələrinin həyata keçirilməsi uğunda çalışırıq. (realtv)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>