Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məktəblərin açılması ilə bağlı valideynlərə və şagirdlərə xəbərdarlıq edib.

Bunu  İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, valideynlər azyaşlı uşaqları nəzarətsiz qoymamalı, yol hərəkət qaydaları barədə məlumat verməli, məktəblərin qarşısında dayanma-durma qaydalarını pozmamalı, uşaqları piyada keçidlərindən istifadəyə öyrətməlidir:

“Şagirdlər də öz növbəsində piyada keçidlərindən istifadə etməli, ictimai nəqliyyatda qaydalara əməl etməlidir. Unutmayın ki, qayda pozuntuları təkcə cərimə ilə nəticələnmir, sağlamlıqla bağlı fəsadlara səbəb olur”.

V.Əsədov əlavə edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları yeni dərs ilinin ilk günü ilə əlaqədar ümumi istifadədə olan yollara daha yaxın olan məktəblərdə müəllim, şagird və valideyn kollektivi ilə görüş keçirib, maarifləndirici məlumatlar veriblər.

Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO) - Gallery Thumbnail
Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO) - Gallery Thumbnail
Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO) - Gallery Thumbnail

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>