Videomaterialda hündür minarələrinin, günbəzlərinin xüsusi gözəllik verdiyi Heydər məscidinin və digər dini məbədlərin görüntüləri təqdim edilir, Azərbaycanda təkcə məscidlərin deyil, kilsə və sinaqoqların da qorunub saxlanıldığı vurğulanır.

Videoçarxda müasir texnologiyaların Azərbaycana yeni fürsətlər gətirdiyi qeyd olunur, ölkənin nəqliyyat və texnoloji imkanları nümayiş etdirilir. Həmçinin ölkədə yaşıl enerjidən istifadə olunması, ölkənin külək və günəş enerjisi ilə çalışan stansiyaları barədə izləyicilərə məlumat verilir, Qobustanın yaşıl enerji üzrə hibrid elektrik stansiyasına aid kadrlar nümayiş etdirilir.

“BBC World News”un təqdim etdiyi material ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.