Xarici tərəfdaşlarla əməkdaşlıq intensiv olaraq davam etdirilir | SON XƏBƏR | SON XƏBƏR

Xarici tərəfdaşlarla əməkdaşlıq intensiv olaraq davam etdirilir

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondlarının zənginləşdirilməsi məqsədilə beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Türkiyə, Ukrayna və Rusiyadan ingilis, ukrayna və türk dillərində elmi nəşrlər təqdim olunub.

Ukraynanın Kiyev Milli Kitabxanası ilə əmədaşlıq nəticəsində “Нацiональна бiблiотека Украiни iменi В.И. Вернадського: розвиток нацiональнoi бiблiографii, бiографiчних дослiджень та науково-бiблiографiчноi дiяльностi (2000-2019)” (Vernadski adına Ukrayna Milli Kitabxanası: milli biblioqrafiyanın, bioqrafik tədqiqatların və elmi-biblioqrafik fəaliyyətlərin inkişafı), “Secondary redaioactive contamination of the atmosphere  in intermediate and late phases of a nuclear emergency” (Nüvə fövqəladə vəziyyətinin ikinci növ fazalarında  atmosferin ikinci redaioaktiv çirklənməsi), “Бiблiотека наука комунiкацiя” (Kitabxananın elmi əlaqələri), Rusiyadan “Sukhanova G.İ. Larval paragonimiasis” (Larval paraqonimoz) kitabları, Türkiyənin İslam Araşdırmaları Mərkəzindən  “İSAM bülteni 2020. Nr.47” (İslam bülleteni) və “İslam Araştırmaları Dergisi” (İslam Araşdırmaları jurnalı) jurnalları daxil olub.

Nəşrlərdə fizika, ekologiya, kitabxana elmi, tibb və din barədə mövzular öz əksini tapıb.

MEK-in xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>