MEK-ə AMEA-nın Gəncə bölməsindən nəşrlər daxil olub | SON XƏBƏR | SON XƏBƏR

MEK-ə AMEA-nın Gəncə bölməsindən nəşrlər daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına
(MEK) Gəncə bölməsindən yeni nəşrlər daxil olub.
Nəşrlər sırasında “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” (Məmməd
Ələkbərov), “Nizami Gəncəvinin şəcərə tarixi” (Xəlil Yusifli, Samir
Pişnamazzadə, Elnur Həsənov), “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”
(Əlimuxtar Muxtarov), “Nizaminin musiqi dünyası” (Rauf İsmayılzadə), “Nizami
lirikası və...” (Xəlil Yusifli), “Nizami Gəncəvi poeziyasının Azərbaycan
bəstəkarlarının vokal əsərlərində təcəssümü” (Sevda Qurbanəliyeva), “Gəncənin
tarix yaddaşı“ (Fərrux Əhmədov), “Heydər Əliyev Fondu və Gəncə”, “Поезия и
время” (научно-популярный сборник) (Aləmzər Tağıyeva, Samir Səmədov),
“Gəncə İmamzadə türbəsi” (Elnur Həsənov), “Nüzhətül-məcalis” (X-XIII əsrlərdə
farsca yazılmış məşhur rübailər toplusundan seçmələr), “Gəncə şəhərinin hərb
tarixi və şəhidləri”, “31 Mart soyqırımı” (tarixi gerçəkliklər), “Gəncə tarixinin
aktual problemləri” (II elmi-praktiki konfransın materialları) adlı kitablar və
“Nizamişünaslıq Elmi əsərlər”, “Elm və həyat” jurnalları yer alıb.
Qeyd edək ki, sözügedən nəşrlər e-kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal
Yaddaş bazasına yerləşdirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>