Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib | SON XƏBƏR | SON XƏBƏR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, dəfn tədbirləri sabah gün ərzində valideynlərlə məsləhətləşərək həyata keçiriləcək.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>