Günün qoroskopu: siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz | SON XƏBƏR | SON XƏBƏR

Günün qoroskopu: siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz

İdeyalarınız dəstək və təqdirlə qarşılanacaq, yardım üçün təkrar xahiş etməyə ehtiyac qalmayacaq. Xoş sürprizlər, hədiyyələr mümkündür. Həyat potensialınız yüksək səviyyədə olacaq.

Əqrəb - Hətta kimsə özündə bir balaca əmək entuziazmı tapsa belə, təkbaşına hünər göstərməli olacaq. Bu isə uğur şanslarını əhəmiyyətli dərəcədə azaldır. Enerjili həmfikir tapmaq ehtimalı isə yox dərəcəsindədir.
Bekarlığa meyllilik şəxsi həyata da təsir edəcək. Bu günə təyin olunmuş görüşlər boş səbəblər üzündən təxirə salınacaq, təşəbbüslər isə soyuq qarşılanacaq. Əvəzində axınla getmək və bekarlıqdan həzz almaq olar.

Oxatan - əvvəllər başladığınız bütün layihələri başa çatdırmağa çalışın. Qarşıdakı günlər çətin olacaq və əlverişsiz mərhələyə yarımçıq işlər və həll olunmamış məsələlərlə daxil olmaq məsələhət deyil. Bu gün nüfuzlu şəxslərlə istənilən təmaslar üçün münasibdir. Hüquqi məsələlərin həlli, sənədləşmə işləri ilə məşğul olmaq mümkündür. Dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər məhsuldar olacaq.
Əhval-ruhiyyəniz o qədər yaxşı olmayacaq. İntuisiyanız tezliklə problemlərin yaranacağından xəbər verir və bu, təlaş yaradır. Lakin ətrafınızda sizi şənləndirməyə, ruhlandırmağa çalışan insanlar tapılacaq.

Oğlaq - fürsət gözləmək və hərəkətsiz dayanmaq lazım gələcək. Bu, sizə əzab versə də, bununla barışmalı olacaqsınız. İşgüzar aktivliyin aşağı olması bu gün sizin üçün vacib işləri həll edilməmiş qoyacaq. Bu, ciddi əsəbilik yaradacaq, əhvalınız korlanacaq.
Yaxınlarınızdan pis sürpriz gələcək. Sən demə, sizin uzun müddətdir fikrinizdə tutduğunuz və böyük ümidlər bəslədiyiniz planlar onların ürəyincə deyil. Bəzi Oğlaqlar bu günə nəzərdə tutulan səfərlərdən və digər əyləncələrdən imtina etməli olacaqlar. Maddi itkilər də istisna deyil.

Dolça - bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq. Yalan vədlər veriləcək, kimsə sizi aldatmağa çalışacaq. Hər şeyə inanmayın, eşitdiyiniz sözlərə tənqidi yanaşın. Əgər taleyin zərbələrinə hazır olsanız, onları vaxtında dəf etmək şanslarınız artacaq. Yalnız öz gücünüzə arxalanın.

Şəxsi münasibətlərdəki gərginlik narahatlığa səbəb olur, elə hiss yaranır ki, sizi aldadırlar. Açıq münaqişələr gözlənilmir. Hamı susqun narazılıqla, gizli eyhamlarla kifayətlənəcək.

Balıqlar - səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Hələlik isə maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Belə bir "dəstək qrupu" ilə nəyəsə nail olmağın mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.

Ailə problemləri mümkündür. Onlar mülk və maliyyə ilə bağlı olacaq. Çalışın bu məsələlərdən heç birini diqqətdən kənarda qoymayasınız.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>