SON XƏBƏR | Author Archives | 3

Home » Entries posted by Abi (Page 3)

Stories written by Abi
Xanımının qeyri-etik videosunu paylaşan Cecəliyə daha bir zərbə

Xanımının qeyri-etik videosunu paylaşan Cecəliyə daha bir zərbə

Keçmiş həyat yoldaşı Sinəm Gedikin müğənni İntizar ilə xoşagəlməz görüntülərini sosial şəbəkədə paylaşan müğənni Mustafa Cecəliyə qarşı Türkiyədə qıqan kampaniyası davam edir. Müğənninin Konyadakı konsreti ləğv edilib. Konya bələdiyyəsi kampaniyanı nəzərə alaraq konsertin ləğv edildiyini açıqlayıb.

Bütün dünya aeroportlarının Wi-Fi ŞİFRƏSİ – İNFOQRAFİKA

Bütün dünya aeroportlarının Wi-Fi ŞİFRƏSİ – İNFOQRAFİKA

Kompüter təhlükəsizliyi üzrə mühəndis və blogger Anıl Polat bütün səyyahlara böyük bir yaxşılıq edib. Belə ki, WiFox adlı bir xəritə hazırlayaraq, mühəndis bütün dünya aeroportlarının Wi-Fi şifrələrini bu xəritədə toplayaraq, bizə təqdim edib. Xəritədə demək olar ki, dünyanın bütün ən böyük aeroportlarının Wi-Fi şifrələri göstərilib. Xəritə kiçik təyyarə ikonları ilə bol şəkildə qarşımıza çıxır. İstifadəsi […]

Antalyada Azərbaycan küçəsi açılır – Foto

Antalyada Azərbaycan küçəsi açılır – Foto

“Azərbaycan Cümhuriyyəti 100″, “Azərbaycan şəhidlərini anma” tədbirlərində iştirak etmək üçün Antalyaya səfərə gedən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Kəpəz bələdiyyə başçısı Hakan Tütünçü ilə görüşüb. Görüşdə bələdiyyə sədri millət vəkili Q.Paşayevanın, Antalya Qəzetçilər Cəmiyyəti başqanı Mövlud Yeni və Antalya Türk Ocaqları başqanı Abdullah Uysalın Kəpəzdə Azərbaycan şəhidlərinin adını daşıyan bir […]

Jurnalistləri belə təbrik etdilər – Maraqlı paylaşımlar

Jurnalistləri belə təbrik etdilər – Maraqlı paylaşımlar

Əkdiyini biçməyən əkinçiləriz, biz. Toxum yerinə ovuc-ovuc söz səpərik… Tarlamız qəlblərdi, məhsulumuz gözlərdən su içər… Elə hey, əkərik! Biz əkərik, zaman biçər… Bu əməyə təbrik düşər! Bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə milli mətbuatın 143-cü ildönümü ilə bağlı paylaşımında qeyd edib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Xanım İsmayılqızı da bayramla […]

Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib – Deputat

Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib – Deputat

Ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bunu trend-ə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib: “Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici […]

Britaniyada şok əməliyyat – 1,6 ton kokain…

Britaniyada şok əməliyyat – 1,6 ton kokain…

Böyük Britaniyanın Sərhəd Xidməti ölkə sahillərində 1,6 ton kokain daşıyan yaxta saxlayıb. Bu haqda Cinayətkarlıqla Mübarizə Agentliyi məlumat yayıb. Əməliyyat nəticəsində həmçinin iki Niderland vətəndaşı saxlanılıb. Qeyd edək ki, bu, son illərdə Britaniya ərazisində aşkarlanan ən böyük narkotik maddə qaçaqmalçılığıdır.

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək. Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, […]

Çində dəhşətli qasırğa: 387 min insan təxliyə olunub

Çində dəhşətli qasırğa: 387 min insan təxliyə olunub

Çinin Şanxay bölgəsində baş verən Ampil qasırğası nəticəsində 387 mindən çox insan təxliyə olunub. Bu barədə Sinxua agentliyi məlumat yayıb. Meteoroloqların məlumatına görə, bu qasırğa Şanxayda 1949-cu ildən bəri baş verən 3-cü belə qasırğadır. Sahildə yerləşən 40 mindən çox gəmi limanlara geri dönüb, gəmilərin yaxın günlərdə dənizə çıxmaması məsləhət görülür.

Putinlə Trampın görüşü… – Süzan Messi

Putinlə Trampın görüşü… – Süzan Messi

ABŞ Prezidenti Donald Trampın danışqların növbəti mərhələsi üçün Rusiya Prezidenti Vladimir Putini Vaşinqtona dəvət etməsi iki ölkə arasında münasibətlərin inkişafında müsbət addımdır. Bu sözləri ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın müşaviri Süzan Messi deyib. “Bu, hazırda olduqca vacibdir, yaxşı əlamətdir. Vaşinqtonda görüşün necə baş tutacağını deyə bilmərəm. Lakin prezident Tramp gözəl addım atıb”, – deyə bildirib.

Ərdoğan Afrikaya gedir

Ərdoğan Afrikaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS dövlət və hökumət başçılarının iclasında iştirak edəcək. Pezident CAR səfərinin ardından Zambiyaya gedəcək. Məlumata görə, Ərdoğan CAR-ın Yohannesburq şəhərində 25-27 iyun, Zambiyada isə 28 iyun tarixlərində səfərdə olacaq.