SON XƏBƏR | Author Archives | 4795

Home » Entries posted by Abi (Page 4795)

Stories written by Abi

DÇ-2014: hansı oyun, hansı kanalda?

DÇ-2014-ün 1/8 finalında bu gün baş tutacaq oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Braziliya – Çili, Kolumbiya – Uruqvay matçları aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:AZƏRBAYCAN “İdman Azərbaycan” kanalı21:00. Braziliya – Çili01:00. Kolumbiya – UruqvayİTV21:00. Braziliya – ÇiliTÜRKİYƏ TRT-101:00. Kolumbiya – UruqvayTRT 321:00. Braziliya – […]

Tovuzun icra başçısına xəbərdarlıq

Tofiq Zeynalova sonuncu dəfə xəbərdarlıq edilib, onu işdən çıxara bilərlər Tovuzun icra başçısı Tofiq Zeynalov bu yaxınlarda töhmət alıb. JAM.AZ-a verilən məlumata görə, generalın qardaşının belə bir «mükafat»a layiq görülməsi onun rəhbəri olduğu rayondan Prezident Admnistrasiyası və digər dövlət qurumlarına edilən şikayətlərin çoxluğu olub. Məlumatda vurğulanır ki, Tofiq Zeynalovun bir digər «əməyi» isə Tovuz rayonunun […]

Əli Əhmədovdan ermənilərin təxribat cəhdinə münasibət

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə erməni deputatlar hansısa provokasiya etməklə özlərinin gücsüzlüyünü və ümidsizliyini ifadə etmiş olurlar” APA-nın xəbərinə görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə iştirak edən erməni deputatlar Azərbaycanın, Bakının inkişafını, müasirləşməsini, qüdrətini görərkən onlarda qıcıqlar yaranır. Onların bu qıcıqları provokasiya şəklində […]

Rusiyaya gedən kişilərin arvadlarından – ŞİKAYƏT

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycanlı miqrantların ölkədə qalan ailələrin durumu ilə bağlı tədqiqat aparıb. BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bununla bağlı “Azadlıq” Radiosuna müsahibə verib. Sonxeber.info həmin müsahibəni təqdim edir: – Serhan bəy, tədqiqat əsas nələri ortaya çıxardı? – Tədqiqat zamanı bütün miqrantların ailələrinin durumunu araşdırmadıq, çünki bu mümkün deyil, həm də gərək yoxdur. […]

Dünya ağlını itirib: Torontoda kütləvi gey toyu – FOTOLAR

Bir neçə gün öncə Torontoda (Kanada) qeyri-ənənəvi orientasiyalı cütlüklərin kütləvi nikah mərasimi olub. 100-dən çox gey və lesbi cütlüklər bu gündə bir-birinə əbədi məhəbbət sözü verib. Təntənəli mərasim LGBT cəmiyyəti tərəfindən “Celebration of love” (Sevgi bayramı) şüarı altında təşkil edilib. Bu tədbirin şəkillərini təqdim edirik:  

Saakaşvili: Azərbaycan AB-yə qoşulacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əmindir ki, Belarus, Ermənistan və Azərbaycan müəyyən müddətdən sonra Avropa Birliyinə (AB) qoşulacaq. Saakaşavili bu barədə fransız nəşri “Le Temps”ə müsahibəsində bildirib. “Gürcüstanda hakimiyyətə gəlmiş müxalifət mənim Avropa yönümlü kursuma qoşulub. Ukraynada bu ideya hətta rusdilli şərqdə də populyarlaşır. Paradiqma tam dəyişib”, – deyə Mixail Saakaşvili vurğulayır. Amma Gürcüstanın eks-prezidentinin […]

İŞİD-in işğal etdiyi Mosulda xilafət qanunları

İyunun 9-da İraq Şam İslam  Dövləti  (İŞİD) qruplaşmasının işğal etdiyi Mosulda yeni qayda-qanunlar tətbiq edilir. Artıq 16 bənddən ibarət şəriət qanunları qüvvəyə minib. SONXEBER.İNFO  İtaliyanın “Corriere Della Sera” qəzetinə istinadla xəbər verir ki, yeni qaydalar şəhərin xristian əhalisində vahimə doğurur. Mosulun katolik patriarxı Tahir Əssa deyib ki, bəzi ərazilər yerli sünni qəbilələrinin idarəçiliyindədir: “Onlardan qorxu yoxdu, […]

Sabirabadda dəhşət – Kişinin başı kəsildi

Ötən gecə Sabirabad rayonunda dəhşətli hadisə baş verib.  Sakinlərin  verdiyi məlumata görə, rayon mərkəzində bir nəfərin başı kəsilib. Başı kəsilən Abbas adlı şəxsin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hadisənin namus üstündə baş verdiyi bildirilir.

“Qarabağı qaytar, İttifaqda bir yerdə olaq…”

“Rusiya işğal altındakı rayonları qaytarmağa hazırdır” Moskva ilə Bakı “qızıl orta” axtarışında; Putin Əliyevə söz verib: Azərbaycanın Avrasiya İttifaqına qoşulması qarşılığında ərazilər mərhələli şəkildə boşaldıla bilər; Bakının isə kompleks təklifi var: “Qarabağı qaytar, ittifaqda bir yerdə olaq!..”; Ermənistan çıxılmazdadır; KTMT-nin İrəvan toplantısında bölgəyə rus hərbçilərinin gətirilməsi məsələsi müzakirə olunacaq… Ermənistan və Azərbaycanın Avrasiya Birliyinə (AB) […]

Leyla Əliyeva və Tale Heydərov boks izlədi

Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov […]