SON XƏBƏR | Archive | mədəniyyət | 2

Home » Archives by category » mədəniyyət (Page 2)

Emin Ağalarov yeni yay mahnısını təqdim edib

Emin Ağalarov yeni yay mahnısını təqdim edib

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib. Artıq bütün rəqəmli platformlardan yüklənməyə açıq olan rəqs havalı mahnı qarşıdakı yay mövsümündə dinləyicilərin ən sevimliləri arasında olmağa iddialıdır. Mahnıda bəhs olunan romantik hekayə qaynar ehtiraslarla doludur, ahəngli melodiyası isə qızmar yay və gözqamaşdırıcı rəngləri xatırladaraq sanki dinləyicini uzaq isti diyarlara dəvət edir. […]

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır. İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır. Yel çərşənbəsi günü evlərdə […]

Müğənni Ar Kelli aliment vermədiyi üçün həbs olunub

Müğənni Ar Kelli aliment vermədiyi üçün həbs olunub

Amerikalı müğənni Ar Kelli aliment vermədiyi üçün nəzarət altına götürülüb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu barədə İllinoys ştatı polisinə istinadən CNN məlumat yayıb. Bildirilir ki, 2009-cu ildə dairə məhkəməsi qərar çıxarıb ki, müğənni keçmiş həyat yoldaşına ayda 20,8 min dollar ödəməlidir. Ar Kellinin özü həmin iclasda iştirak etməyib. İndi o, bütün bu dövr ərzində yığılıb qalmış alimentləri […]

Dağıstandakı Azərbaycan Dram Teatrı Türkiyədə tamaşa ilə çıxış edib

Dağıstandakı Azərbaycan Dram Teatrı Türkiyədə tamaşa ilə çıxış edib

  Rusiyanın Dağıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Mersin şəhərində keçirilən V Türk Dünyası Teatr Günlərində iştirak edir. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, Azərbaycan teatrı Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsəri əsasında hazırladğı eyniadlı tamaşanı təqdim edib. Sərvər Əliyevin rejissoru olduğu və 12 aktyorun rol aldığı tamaşa martın 16-dək davam edəcək V Türk Dünyası […]

Azərbaycanın Xalq rəssamı Altay Hacıyev vəfat edib (FOTO)

Azərbaycanın Xalq rəssamı Altay Hacıyev vəfat edib (FOTO)

Azərbaycanın tanınmış məşhur boyakarı, Xalq rəssamı Altay Hacıyev vəfat edib. Rəssam fevralın 12-də dünyasını dəyişib.A.Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. […]

 Bakıda Türkmənistan zərgərlik məmulatları və toxuculuq məhsullarının sərgisi keçiriləcək

 Bakıda Türkmənistan zərgərlik məmulatları və toxuculuq məhsullarının sərgisi keçiriləcək

   Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və fəallaşdırılması çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, […]

Heydər Əliyev Mərkəzində “Heksameron” əsəri 6 ölkə pianoçularının ifasında təqdim olunacaq

Heydər Əliyev Mərkəzində “Heksameron” əsəri 6 ölkə pianoçularının ifasında təqdim olunacaq

Martın 7-də Azərbaycanda ilk dəfə olaraq “Heksameron” əsəri 6 ölkə pianoçularının birgə ifasında Heydər Əliyev Mərkəzində təqdim ediləcək. Mərkəzdən  verilən məlumata görə, konsert proqramında Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya və Yaponiyadan olan tanınmış pianoçular iştirak edəcəklər. “Heksameron” fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin “Puritanlar” operasından “Puritan marşı” mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb […]

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

Fevralın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, tədbiri Mədəniyyət evinin direktoru Cabbar Süleymanov açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib.  Sonra yazıçı, […]

AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi

AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi

Azərbaycan Dövlət Televiziyasında tamaşaçıların zövqünü oxşayan, nostalji duyğular aşılayan film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur.  Azərbaycantelefilm Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib. Artıq filmlərin siyahısı da dəqiqləşib. Bu qəbildən “Yeni il” adlanan ilk teletamaşanın yazıçı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri […]

8 azərbaycanlı rəssamın əsəri “Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib

8 azərbaycanlı rəssamın əsəri “Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib

Pivəbişirən Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq jüri yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib. Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan” şirkəti həyata keçirib. Oktyabr ayında […]