SON XƏBƏR | Archive | ölkə

Home » Archives by category » ölkə

Zakir Həsənov Çinə səfər edəcək

Zakir Həsənov Çinə səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü və Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə bu ölkəyə səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Müdafiə nazirinin Çin Xalq Respublikasının hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır.

 Sabah ölkə ərazisində hava yağmursuz olacaq

 Sabah ölkə ərazisində hava yağmursuz olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz mülayim Cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 8-11° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava […]

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyevdekabrın 13-də “Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. İdeologiya.az-“Report”a istinadən xəbər verir ki, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən […]

Ümummilli liderin əziz xatirəsi Penitensiar xidmətdə yad edilmişdir

Ümummilli liderin əziz xatirəsi Penitensiar xidmətdə yad edilmişdir

Azərbaycanın dövlətçilik tarixində müstəsna rolu olan ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Penitensiar xidmətin Baş idarəsində anım mərasimi keçirilmişdir. Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimində ümummilli liderin keçdiyi şərəfli və mənalı ömür yolundan, çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, ölkədə dövlət çevrilişlərinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında […]

Gəncədə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Gəncədə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Gəncə şəhərində ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, anım günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. Anım mərasimində iştirak edənlər […]

DİN: Ağsuda avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verib

DİN: Ağsuda avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verib

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib. Sonxəbər.info- “Report”a istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə […]

İsmayıllı rayonuna yeni prokuror təyin edilib

İsmayıllı rayonuna yeni prokuror təyin edilib

İsmayıllı rayonuna yeni prokuror təyin edilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralovmüvafiq əmr imzalayıb. Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib. Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasovvə onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs […]

Şeyxülislam Allahşükür Paşazadə Küveytə səfər edəcək

Şeyxülislam Allahşükür Paşazadə Küveytə səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfərə yola düşəcək. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, səfər BMT Baş katibinin xüsusi məsləhətçisi, İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuqun şəxsi dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və […]

Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb

Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb

Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Bildirilib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilir. Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə […]

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına […]

Page 1 of 12123Next ›Last »