SON XƏBƏR | Archive | CƏMİYYƏT | 183

Home » Archives by category » Uncategorized » CƏMİYYƏT (Page 183)

Silahlı Qüvvələrimiz müdafiənin planlaşdırılmasını gücləndirir

Silahlı Qüvvələrimiz müdafiənin planlaşdırılmasını gücləndirir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək SonXəbər.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 30-dan aprelin 3-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması kursu, martın 30-dan aprelin 2-dək Bakı şəhərində Azərbaycan-Pakistan işçi qrupunun 6-cı işçi görüşü, martın 31-dən aprelin 3-dək isə Bakı şəhərində strateji konsepsiyanın işlənib hazırlanması və planlaşdırılması seminarı keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikası […]

Azərbaycanda uşaqlar arasında intiharların qarşısının alınması üçün yeni sistemin yaradılması təklif edilir

Azərbaycanda uşaqlar arasında intiharların qarşısının alınması üçün yeni sistemin yaradılması təklif edilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayır. Komitənin sədr müavini Sədaqət Qəhrəmanova trend-ə deyib ki, uşaqlar arasında intihar hallarının baş verməsi bütün dünyanı, cəmiyyəti narahat edən əsas məsələlərdəndir. Komitə səlahiyyətlisinin sözlərinə görə, uşaqlar arasında intiharların baş verməsinin müxtəlif səbəbləri var. İntiharların […]

Erməni hücumunu dəf edən hərbçilər ANS-ə danışdı – Video

Erməni hücumunu dəf edən hərbçilər ANS-ə danışdı – Video

Martın 19-da təmas xəttində erməni diversiya -təxribat qrupunun qarşısını alaraq xeyli sayda itki ilə geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri ilk dəfə olaraq bu əməliyyat barədə ANS-ə danışıblar. Müdafiə Nazirliyinin məlumatına görə, həmin döyüş toqquşması zamanı düşmənin 20-dək hərbçisi məhv edilib və yaralanıb. Fərqlənən hərbçilərimiz təltif olunublar. Hərbçilər əməliyyatın necə aparılması, hansı silahlardan istifadə […]

Azərbaycan bu gecə yay vaxtına keçir

Azərbaycan bu gecə yay vaxtına keçir

Martın 28-dən 29-na keçən gecə Azərbaycan Respublikasının ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bu proses gecə saat 4.00-da gerçəkləşəcək. Yay vaxtına keçid Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gerçəkləşdirilir. Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa […]

Sərnişinlərə şad xəbər – Video

Sərnişinlərə şad xəbər – Video

Sərnişindaşımada qayda-qanunu pozanlar həm dövlət yol polisi, həm də nəqliyyat nazirliyi əməkdaşları ilə qarşılaşmalı olacaq. Özü də sərt bir şəkildə. Bununla bağlı növbəti addımlar atılmaqdadır. ANS TV-nin məlumatına görə, sərnişindaşıma qaydalarını kobud şəkildə pozub vətəndaşların həyatını təhlükəyə ataraq əlavə qazanc əldə etmək istəyən sürücülərə Baş Dövlət Yol Polisi İdarəsindən sərt xəbərdarlıq olunub. İstər minik avtomobillərdə, […]

Bakı sakinləri sabaha hazırlaşır

Bakı sakinləri sabaha hazırlaşır

“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşəcək. AZƏRTAC-ın məlumatına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Bu, […]

”Atatürk bu əsəri oxuyaraq savaşa başladı”

”Atatürk bu əsəri oxuyaraq savaşa başladı”

Axar.az “Tarixi nadir” layihəsində Güntay Gəncalpla Hüseyn Cavid haqda söhbəti təqdim edir.   – Güntay bəy, sizin bir çox yazılarınızda Hüseyn Cavid yaradıcılığına olan rəğbət açıq-aşkar görünür. Səbəb nədir?   – Klassik məfkurənin, dünyagörüşün və varlığın mənzum dillə açıqlamanın nümunəsinə Cavid yaradıcılığında rast gəldim. Yəni öz mənəvi dünyamda Cavidi kəşf etdim və əsərlərini diqqətlə oxumağa […]

Azərbaycanın üzləşəcəyi təhlükə

Azərbaycanın üzləşəcəyi təhlükə

Bu gün Azərbaycanda yeni doğulan uşaqlar arasında cinsi nisbətin pozulması halının qarşısını almaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var. Bunu trend-ə aşıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, son illər doğulan uşaqlar arasında cinsi nisbətin pozulması müşahidə olunur və bu […]

Bu yol tam açıldı – Video

Bu yol tam açıldı – Video

Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində nəqliyyatın hərəkəti tam təmin olunub. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ans press-ə verdiyi məlumata görə, Dilarə Əliyeva küçəsinin Keykab xanım Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan 1370 m hissəsində beton səki daşları mərmər səki daşı ilə əvəzlənib. Yeni asfalt-beton örtük döşənərək […]

Sürücülərə xüsusi xəbərdarlıq!

Sürücülərə xüsusi xəbərdarlıq!

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən sürücülərə müraciət edilib. Qurumun ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin ans press-ə verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır. Onun sözlərinə görə, təcrübə göstərir ki, bayram günlərinin bitməsi ilə əlaqədar […]