SON XƏBƏR | Archive | DÜNYA

Home » Archives by category » Uncategorized » DÜNYA

KXDR nümayəndə heyəti Kim Çen In və Tramp arasındakı sammitə hazırlıq üçün Hanoya səfərə gedib

KXDR nümayəndə heyəti Kim Çen In və Tramp arasındakı sammitə hazırlıq üçün Hanoya səfərə gedib

  Şimali Koreyanın nümayəndə heyəti KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək ikinci görüşə hazırlıq üçün Hanoya gedib. Sonxəbər.info“Report”-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinə Kim Çen Ina yaxın şəxslərdən biri hesab olunan KXDR Dövlət Şurasının katibi Kim Çan Son rəhbərlik edir. Rəsmilər bu gün Pxenyandan müntəzəm reyslə […]

Güclü qar Moskva yollarını iflic etdi

Güclü qar Moskva yollarını iflic etdi

Güclü qar Moskva yollarında uzun tıxaclara səbəb olub. Hazırda paytaxta demək olar ki, bütün giriş yollarında nəqliyyatın hərəkətində çətinlik müşahidə olunur.  Yollarda yüklülük 7 balla qiymətləndirilir. Sonxəbər.info  Trend-ə istinadən xəbər verir ki,Moskva Nəqliyyat Kompleksi sürücülərə ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyə edir.

Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb

Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb

  Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiG-27 qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.  Hindistan Müdafiə Nazirliyi qəzanın planlaşdırılmış uçuş zamanı ölkənin şimalındakı Racastan əyalətində baş verdiyini açıqlayıb.  Pilot katapultla xilas olub. Nazirliyin polkovniki Sombit Qoş bildirib ki, təhqiqat komissiyası hadisənin səbəblərini araşdırır.

Türkiyə-Suriya sərhədində partlayış – Yaralılar var

Türkiyə-Suriya sərhədində partlayış – Yaralılar var

Türkiyə ilə Suriya sərhədində Kilis vilayətinin “Çobanbəy” sərhəd-keçid məntəqəsində partlayış baş verib. Sonxəbər.info  Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər xəsarət alıb.

Türkiyədə dəniz reysləri təxirə salınıb

Türkiyədə dəniz reysləri təxirə salınıb

  İstanbul akvatoriyasında qatı duman və güclü küləklə əlaqədar dəniz reysləri təxirə salınır. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər. Eyni təbiət hadisələri ilə bağlı Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir. Qeyd edək ki, sonuncu dəfə yanvarın 23-da Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanmışdı.

Tramp və Si Cinpinin görüşü martda Floridada keçirilə bilər

Tramp və Si Cinpinin görüşü martda Floridada keçirilə bilər

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında növbəti görüş Mar-a-Laqoda (Florida ştatı) keçirilə bilər. Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən xəbər verir.

Britaniyalı repçi Cadet yol qəzasında ölüb

Britaniyalı repçi Cadet yol qəzasında ölüb

Böyük Britaniyada Cadet ləqəbi ilə çıxış edən repçi Bleyn Conson yol qəzasında ölüb. 28 yaşlı repçinin olduğu taksi yük maşını ilə toqquşub. Repçi aldığı zədələrdən yerindəcə keçinib.  Bleyn Conson solo karyeraya 2015-ci ildə başlayıb. 2018-ci ildə “Advice” və “Bumpy” adlı iki sinql buraxıb.

Almaniya sakini lotereyada milyonlar udub

Almaniya sakini lotereyada milyonlar udub

  Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub.  Sonxəbər.info Trend-ə istinadən xəbər verir ki,qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb.  ”Eurojackpot” lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.

Vladimir Putin İtaliyaya səfərə gedəcək

Vladimir Putin İtaliyaya səfərə gedəcək

 Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfər dəvətini qəbul edib. Sonxəbər.info-nun  RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Romada rusiyalı səfir Sergey Razov bildirib. “İtaliya rəhbərliyinin müvafiq dəvəti məmnunluqla qəbul olunub. Konkret tarixlər diplomatik kanallarla razılaşdırılacaq və onlar barədə müəyyən edilmiş qaydada elan olunacaq”, – diplomat deyib. Onun fikrincə, bu səfər ikitərəfli münasibətlərdə mühüm hadisə olacaq. Xatırladaq ki, İtaliyanın Baş […]

Çilidə leysan yağışları nəticəsində 9 nəfər ölüb

Çilidə leysan yağışları nəticəsində 9 nəfər ölüb

  Çili prezidenti Sebastyan Pinyera cümə günü axşam ölkənin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfərin öldüyünü bildirib. Sonxəbər.info  RİA “Novosti”yə istinadən xəbər verir ki, Pinyera bunu Kalama şəhərində jurnalistlərə deyib. “Biz Loa əyalətində üç nəfərin ölümünü yaşamışıq, şimal makrozonasında isə daha 6 nəfər həyatdan məhrum olub”, – deyə o əlavə edib. Prezidentin sözlərinə görə, məcrasından çıxan […]

Page 1 of 1540123Next ›Last »