SON XƏBƏR | Archive | DÜNYA | 1291

Home » Archives by category » Uncategorized » DÜNYA (Page 1291)

Çin saxta “Kalaşnikov” istehsalına başladı – Foto

Çin saxta “Kalaşnikov” istehsalına başladı – Foto

Tekstil, oyuncaq, hətta qida sektorunda belə saxta məhsullar istehsal etməyi bacaran Çin bu dəfə silah istehsalında plagiatlığa keçib.   Çində dünyaca məşhur “Kalaşnikov” silahının oxşarı istehsal edilib.   Saxta silahların Pakistan, Əfqanıstan, Banqladeş və digər Asiya ölkələrinə, o cümlədən Afrikaya ixrac edilməsi nəzərdə tutulur. axar.az

ABŞ və NATO-ya çağırış: “Ərdoğanı dayandırın”

ABŞ və NATO-ya çağırış: “Ərdoğanı dayandırın”

“ABŞ və NATO Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın düşmənlərinə qarşı münasibətini dəyişməsinə çalışmalıdırlar”.   Bu barədə ABŞ-ın “Nyu York Tayms” qəzetinin “Türkiyə üzərindəki qara buludlar” başlıqlı məqaləsində qeyd olunub. Məqalədə Türkiyənin çətin günlər yaşadığı bildirilib:   “Türkiyədə seçkilərə iki həftə qalıb və ölkədə təzyiq yüksəlir. Ərdoğanı tənqid edən bəzi şəxslərsə, AKP-nin seçkilərdə qalib gəlməsini təmin […]

ABŞ-dan dünyanı dəhşətə gətirəcək yeni silah – Video

ABŞ-dan dünyanı dəhşətə gətirəcək yeni silah – Video

ABŞ donanması yaxın vaxtlarda yeni mərmilərdən istifadə edəcək. Hazırda testdən keçirilən bu mərmilər bir çox xüsusiyyətlərinə görə sələflərindən fərqlənir.   “Elektrikli Ray Silahı” (The Navy’s Giant New Electric Railgun) adı verilən silahın mərmiləri onlarla dəmir lövhəni dəlib keçməklə hədəfə çata bilir. Üzərində test işləri tamamlandıqdan sonra bu silahlar donanmanın ixtiyarına veriləcək. axar.az

II Dünya müharibəsindən qalan aviasiya bombası aşkarlanıb – Londonda

II Dünya müharibəsindən qalan aviasiya bombası aşkarlanıb – Londonda

Britaniyalı istehkamçılar Londonda ciddi həyəcana səbəb olan aviasiya bombasını zərərsizləşdiriblər.   AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, II Dünya müharibəsi dövrünə aid Almaniya istehsalı olan 50 kiloqramlıq bomba məşhur “Uembli” stadionunun yaxınlığında aparılan tikinti meydançasında aşkarlanıb. Polis həmin ərazini mühafizə altına alaraq əhalini və ofis əməkdaşlarını oradan uzaqlaşdırıb. Hadisə yerinə gələn hərbi mütəxəssislər bombanı […]

Kiyevin əsirlərə verdiyi dəhşətli işgəncə – Fotolar

Kiyevin əsirlərə verdiyi dəhşətli işgəncə – Fotolar

Kiyev rəhbərliyinin Şərqi Ukrayna separatçılarına verdiyi işgəncələri əks etdirən fotoşəkillər dünya mediasında rezonansa səbəb olub.   Bu fotoşəkilləri ilk dəfə radikal millətçi Sağ Sektor təşkilatının nümayəndəsi Yaşka Siqankov özünün Feysbuk səhifəsində paylaşıb.   Daha sonra bu fotolara şərh yazan Siqankov “Donetskə qarşı uğurlu bir hücum idi. Hamısını öldürdük, yalnız biri təslim oldu” ifadələrinə yer verib. […]

492 dəfə həbs olunan adam – FOTOLAR

492 dəfə həbs olunan adam – FOTOLAR

ABŞ-ın Neşvil şəhər sakini son 20 ildə demək olar 500 dəfə həbs olunub. Həbs olunma səbəbi isə ictimai yerdə əyyaşlıq etməsi olub.   Kişi mayın 19-də eyni ittihama görə 492-ci dəfə saxlanılıb. Belə ki, 46 yaşlı Robert Braun yolun kənarında pivə içdiyi üçün saxlanılıb. Onun yanında isə içi boş spirti içki butulkası tapılıb. Braun 1 […]

Suriyada 300 terrorçu məhv edildi

Suriyada 300 terrorçu məhv edildi

Suriyanın İdlib əyalətinin Cisr eş-Şuğur şəhərində “Cabhat ən-Nusra” terrorçu qruplaşmasının 300-dən artıq üzvü məhv edilib, yüzlərlə ekstremist yaralanıb. Bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə hökumət qoşunlarının şəhər xəstəxanasını “Cabhat ən-Nusra” qruplaşmasının mühasirəsindən xilas etməsi məqsədilə kütləvi hücumu nəticəsində baş verib. lent.az

İran ABŞ-la ticarəti bərpa etməyə qərar verdi

İran ABŞ-la ticarəti bərpa etməyə qərar verdi

Nazir Qulamrza Şəfeyi: “Bu ideya İranda 10 ay müzakirə olunub” İran hökuməti yerli şirkətlərə ABŞ-la ticarət əlaqələrini inkişaf etdirməyə icazə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı naziri Qulamrza Şəfeyi bildirib.   “Qeyri-rəsmi əlaqələrin bərpası İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça […]

Kürdlər İraqın təklifini rədd etdi

Kürdlər İraqın təklifini rədd etdi

Peşmərgə qüvvələri İraq Müdafiə naziri Xalid Ubeydinin çağırışına rədd cavabı verib. Peşmərgə qüvvələrinin baş qərargahından verilən məlumatda bildirilir ki, kürd qüvvələri İraq ordusu ilə birgə Ənbar vilayətindəki əməliyyatlarda iştirak etməyəcək. Rudav-ın məlumatına görə, kürd rəhbərliyi İŞİD-lə mübarizədə İraq ordusunun kifayət qədər güclü olduğunu və heç bir dəstəyə ehtiyacı olmadığını açıqlayıb. Xatırladaq ki, İraq Müdafiə naziri […]

Çində daşqın 57 can aldı

Çində daşqın 57 can aldı

Çinin cənubunda leysan yağışın səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 57-yə çatıb. 6 nəfər isə itkin düşüb. Ölənlərdən 16-sı Quyçou əyalətində binanın uçması nəticəsində həlak olanlardır. Bir başqa əyalətdə isə leysan yağış səbəbindən uşaqlarla dolu avtobus qəzaya uğrayıb, nəticədə 21 uşaq xəsarət alıb. Daşqınlar nəticəsində 2500-ə yaxın ev dağılıb, ümumilikdə 250 minə yaxın sakin zərər […]