SON XƏBƏR | Archive | DÜNYA | 1552

Home » Archives by category » Uncategorized » DÜNYA (Page 1552)

Jirinovski Putini hökümdar adlandırdı

Jirinovski Putini hökümdar adlandırdı

Jirinovski Putinə Ali hökmdar vəzifəsi verilməsini təklif etdi Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski prezident Vladimir Putinə Ali hökmdar vəzifəsi verilməsini təklif edib. Virtualaz.org “Dojd” telekanalına istinadən bildirir ki, o bu təklifi Yaltada Rusiya prezidentinin Dövlət Dumasının deputatları ilə görüşündə səsləndirib. Xatırladaq ki. V.Putin təkcə prezident deyil, həm də RF Silahlı Qüvvələrinin Ali […]

Şərqi Yerusəlimdə iğtişaşlar dalğası

Şərqi Yerusəlimdə iğtişaşlar dalğası

Şərqi Yerusəlimdə dünən gecədən başlayan iğtişaşlar davam edir. Sonxeber.info  İsrail mətbuatına istinadən xəbər verir ki, polis və sərhəd xidmətinin xüsusi təyinatlılarının birgə keçirdikləri əməliyyat nəticəsində 52 fələstinli həbs edilib. Ümumilikdə isə iğtişaşlarda 601 şübhəli şəxs saxlanılıb. Onlardan 174 nəfəri həddi-buluğa çatmayanlardır. 190 nəfər barəsində cinayət işi qaldırılıb. Xatırladaq ki, Məhəmməd  Əbu Xdeyra adlı fələstinli gəncin […]

İŞİD-dən növbəti insafsızlıq: 100-dən çox türkmən öldürüldü

İŞİD-dən növbəti insafsızlıq: 100-dən çox türkmən öldürüldü

Terrorçular Hələb yaxınlığındakı Türkmənbarah və Ahtarin kəndlərinə hücum edib. İŞİD türkmənlərə qarşı növbəti vəhşilik edib. Suriyalı hüquq müdafiəçisi Əli Öztürkmənin Lent.az-a verdiyi məlumata görə, dünən axşam terrorçular Hələb yaxınlığındakı Türkmənbarah və Ahtarin kəndlərinə hücum edib. Nəticədə yüzdən çox türkmən vəhşicəsinə öldürülüb. Minlərlə insan ev-eşiklərini tərk edib.

İsrail atəşkəsi pozdu: Qəzza bombalandı

İsrail atəşkəsi pozdu: Qəzza bombalandı

Atəşkəs müddətinin sona çatmasına bir neçə saat qalmış İsrail ordusu Fələstin ərazisindən endirilən zərbələrə cavab olaraq Qəzza zolağını raket atəşinə tutub APA-nın verdiyi xəbərə görə, İsrail ordusunun mətbuat xidmətinin bəyanatına əsasən, İsrail müdafiə ordusu “Qəzza zolağı boyu bütün terrorçu obyektlərinə zərbələr endirir”. Qahirədə danışıqlarda iştirak edən Fələstin nümayəndə heyətinin nümayəndəsi bəyan edib ki, İsrail bu […]

ABŞ-da daşqın: küçələr çaylara çevrilir (FOTO)

ABŞ-da daşqın: küçələr çaylara çevrilir (FOTO)

ABŞ-da leysan yağışlara görə yaranan daşqın nəticəsində küçələr keçilməz çaylara çevrilib. Bəzi küçələr və avtomagistrallar tamamən suyun altında qalıb. Su axınları minik avtomobillərini aparır, daşqınların öhdəsindən gəlmək yük nəqliyyatına da müyəssər olmur. Leysan yağışlara görə Merilend, Miçiqan və Arizona ştatları əzab çəkir. Yerli medianın qeyd etdiyi kimi, Detroyt şəhərində iki yüzillik ərzində belə leysanlar olmayıb. […]

Jirinovskinin müharibə bəyanatı ölkəni qarışdırdı

Jirinovskinin müharibə bəyanatı ölkəni qarışdırdı

Polşadakı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb   Rusiyanın Polşadakı səfiri Aleksandr Alekseyev Xarici İşlər Nazirliyinə çağırılıb. Bu səbəb Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse spikeri Vladimir Jirinovskinin Polşanın məhv edilməsi ilə bağlı bəyanatı olub. “Rusiya səfirini nazirliyə çağırdıq. Ondan Rusiya hökumətinin Polşa ilə bağlı mövqeyini soruşduq. Müxalifət nümayəndəsi Jirinovskinin qalmaqallı sözlərinə görə, […]

Deputatın qardaşı oğurlandı

Deputatın qardaşı oğurlandı

Ukraynada deputatın qardaşı oğurlanıb. Bu haqda Ukrayna Radasının deputatı  Oleq Lyaşko öz “Facebook” səhifəsində yazıb: “ Dünən Luqanskda terrorçular qardaşım Sergeyi öz evindən oğurlayıblar. İndi o, separatçıların əlindədir, hansısa binanın zirzəmisində saxlanılır. Mən onu xəbərdar etmişdim ki, ailəsi ilə şəhərdən çıxsın. Mənim ucbatımdan ona xətər dəyə bilər. Deyirdi ki, narahat olma, tapa bilməzlər. Sergey yanğınsöndürəndir. […]

Rusiyalı tarixçi: “Müharibə avqust və ya sentyabr ayında başlayacaq”

Rusiyalı tarixçi: “Müharibə avqust və ya sentyabr ayında başlayacaq”

ABŞ-da yaşayan rusiyalı tarixçi,  böyük hay-küyə səbəb olmuş  “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinski “Azadlıq” radiosunun saytında bir məqalə ilə çıxış edib.  Məqalədə Ukrayna hadisələri və müharibə ehtimalından danışılır. Onun sözlərinə görə, müharibənin yaxınlaşdığı artıq hamıya məlumdur: “Çünki Federal Təhlükəsizlik Xidməti Rusiyada hakimiyyətdədir. Müharibə qaçılmazdır. Rusiya qoşunları artıq Ukrayna ilə sərhəddə cəmlənib. Hücum […]

CHP-də qalmaqal: “Kılıçdaroğlu istefa versin“

CHP-də qalmaqal: “Kılıçdaroğlu istefa versin“

Türkiyənin ana müxalifət partiyası CHP-nin nümayəndələri Ülkər Tarhan, Nur Serter, Süheyl Batum mətbuat konfransı keçirərək başqan Kamal Kılıçdaroğlunu istefaya çağırıblar Prezident seçkilərində partiyalarının ortaya qoyduğu mövqeyi sərt tənqid edən Tarhan qurultay keçirilməsini tələb edib. Başqanın günahkar olduğunu bildirən Tarhan “İkinci tura apara biləcəyimiz seçkiləri ilk turda uduzduq. Girdiyimiz hər qabın şəklini almağa çalışmışıq. İndi çıxa […]

Yezidi qadınlar İŞİD-in əlinə keçməmək üçün intihar edir

Yezidi qadınlar İŞİD-in əlinə keçməmək üçün intihar edir

Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi yezidi qadınların İŞİD-in hücumlarına və təcavüzünə məruz qalmamaq üçün özləri ilə bıçaq gəzdirdiklərini deyib. İŞİD-in Sincar bölgəsində yezidi kürdlərə qarşı qətliamlarından sonra bölgəyə gedən Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi Diyarbəkirdə mətbuat konfransı təşkil edib. Elçi deyib: “Yezidi kürdlər bu qətliamdan böyük itkilər verir. Yezidi kürdlərin yox olmaq təhlükəsi […]