SON XƏBƏR | Archive | DÜNYA | 2

Home » Archives by category » Uncategorized » DÜNYA (Page 2)

Pentaqon sözçüsü: “Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır”

Pentaqon sözçüsü: “Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır”

“Münbiç rayonu ətrafındakı Türkiyə ilə ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü mayor Sön Robertson “Anadolu” agentliyinə müsahibəsində bildirib. O, əməliyyatların keçiriləcəyi tarix ilə bağlı məlumat verməkdən yayınaraq, tədbirlərin “bir-iki gün içində”, yaxud “bir həftədən daha az müddətdə” başlaya biləcəyini vurğulayıb. Sön Robertson Türkiyə-ABŞ hərbçilərinin ortaq […]

İran Prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti Həsən Ruhani Türkiyəyə səfər edəcək. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekin bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda baş tutacağı gözlənilən səfər zamanı Tehran-Ankara əlaqələri və bölgədəki son hadisələr müzakirə ediləcək.

İndoneziyada təyyarənin qəzaya uğradığı yerdən 10 nəfərin meyiti tapılıb

İndoneziyada təyyarənin qəzaya uğradığı yerdən 10 nəfərin meyiti tapılıb

Xilasedicilər İndoneziyanın Yava adasının qərb sahilində “Boeing” tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpənin meyitini aşkar ediblər. Sonxəbər.info-“Report” -a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Sayuqi bildirib. “Dalğıclar ölən 10 nəfərin meyitini tapıblar, onların arasında bir körpə var. Bundan əlavə, göyərtədə olanların […]

Kiyevin mərkəzində partlayış baş verib

Kiyevin mərkəzində partlayış baş verib

Kiyevin Pereçski rayonunda yüksəkgərginlikli elektrik naqilində güclü partlayışla müşahidə olunan qısa qapanma baş verib. Sonxəbər.info-“Report”-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Yeni Zelandiyada zəlzələ baş verib

Yeni Zelandiyada zəlzələ baş verib

Çərşənbə axşamı Yeni Zelandiya ərazisində 6,1 maqnituda gücündə zəlzələ baş verib. Sonxəbər.info-“Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Uonqanui şəhərindən 98 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 227 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Bundan əvvəl Rumıniyada 5,6 maqnituda gücündə zəlzələ baş verib.

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçirilib

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçirilib

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, Dolmabağça sarayında baş tutan görüşdə Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və David Zalkaliani ikitərəfli və üçtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, hər üç ölkə arasında reallaşan mühüm enerji layihələri, və regional münaqişələr ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov üçtərəfli görüşün regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətinə […]

Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib

Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib

Bryansk vilayətinin Zlınkovsk rayonunda Rusiya dövlət sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşı barəsində 10 aylıq həbs qətimkan tədbiri seçilib. Sonxəbər.info-“Report”a istinadən xəbər verir. Belə ki, 2018-ci ilin aprel ayında əvvəllər Rusiyaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşları ölkəyə daxil olmağa çalışıblar və sərhəddə dayanmamaları üçün fərqli məlumatların olduğu yeni pasportlar əldə ediblər. Onlar təyyarə ilə Belarusa […]

Gürcüstan MSK-nın “Zəng mərkəzi” Azərbaycan dilində də xidmət göstərəcək

Gürcüstan MSK-nın “Zəng mərkəzi” Azərbaycan dilində də xidmət göstərəcək

Gürcüstanda sabah keçiriləcək prezident seçkiləri ilə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasında (MSK) “Zəng mərkəzi” yaradılıb. Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə MSK sədri Tamar Jvania bu gün keçirdiyi brifinqdə deyib. O deyib ki, 251 00 51 telefon nömrəsi və MSK-nın onlayn çatı 24 saat ərzində çalışacaq: “Zəng mərkəzi Azərbaycan və erməni dilli seçicilərə xidmətləri öz […]

ABŞ prezidenti sinaqoqda baş vermiş silahlı insidentə münasibət bildirib

ABŞ prezidenti sinaqoqda baş vermiş silahlı insidentə münasibət bildirib

ABŞ prezidenti Donald Tramp şənbə günü səhər naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir. Sonxəbər.info-“Report” -a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə öz “Twitter” səhifəsində yazıb. “Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. “Squirrel Hill” ərazisində yaşayan insanlar […]

Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək

Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək

Bu il noyabrın 3-də Ukrayna Prezidenti Petro Poroşenkonun Türkiyəyə rəsmi səfəri olacaq. Sonxəbər.info-“Report” “a istinadən xəbər verir ki, ali qonaq Türkiyə – Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək. Türkiyənin diplomatik mənbələrinə görə, siyasət, iqtisadiyyat, müdafiə, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi iclasda tərəflər sərbəst ticarət, təhlükəsizlik, […]