SON XƏBƏR | Archive | DÜNYA | 3

Home » Archives by category » Uncategorized » DÜNYA (Page 3)

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 113 mindən çox artıb. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. İyunun 2-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 113 198 nəfər yeni koronavirusa yoluxub, 4 242 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 194 533, ölənlərin […]

İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

İspaniyada yeni növ koronavirusa daha 137 nəfər yoluxub. Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı təxminən 240 min nəfərə çatıb. Bildirilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.

ABŞ-ın Yelloustoun milli parkında gün ərzində 11 zəlzələ qeydə alınıb

ABŞ-ın Yelloustoun milli parkında gün ərzində 11 zəlzələ qeydə alınıb

ABŞ-ın Yelloustoun milli parkı yaxınlığında bir gün ərzində 11 zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, yeraltı təkanların ən güclüsü 3,1 bal gücündə olub. Təkanların episentri Yerin 4,8 kilometr dərinliyində olub. Yelloustoun bölgəsi ABŞ-da ən fəal seysmik zonalardan sayılır. Burada il ərzində 700-dən çox zəlzələ baş verir. 1985-ci ildə isə təkcə 3 ay ərzində 3 mindən […]

Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib

Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib

Ermənistan aviaşirkətlərinə Avropa İttifaqı (Aİ) ərazisinə uçuşlar etmək qadağan edilib. Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi saytında deyilir. İyunun 2-si Avropa Komissiyası Aİ-nin təhlükəsiz uçuşlar siyahısını, beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadığına görə Avropa İttifaqında fəaliyyəti qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin siyahısını yeniləyib. Ermənistanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər ölkənin təhlükəsizliyin təmin […]

Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var

Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində güclü partlayış olub. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. İnsident nəticəsində məscidin imamı həlak olub, 3 nəfər isə yaralanıb. Bildirilir ki, bütün yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir. Məlumata əsasən, Əfqanıstanın Daxili İşlər Nazirliyi ölən və yaralananlar haqqında məlumatı təsdiq edib.

Türkiyədə koronavirusdan sağalanların sayı 130 minə yaxınlaşır

Türkiyədə koronavirusdan sağalanların sayı 130 minə yaxınlaşır

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 585 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 786 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 165 555 nəfərə […]

Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb

Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb

Rusiyanın Eksperimental Tibb İnstitutunun mütəxəssisləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıblar. Trend-in məlumatına görə, hazırda vaksinin ilkin sınaqları aparılır. Qeyd olunur ki, preparat mukozal vaksin tipinə aiddir və orqanizmə ağızdan aerozol vasitəsilə daxil edilir. Bu cür preparatda antigenlər mikrokapsulun içində yerləşir və bu, həmin hissəcikləri qida fermentlərindən qoruyur. Həmin vaksinin tam hazır olacağı müddət barədə məlumat […]

İmam Xomeyni (r) baxışlarında mədəniyyət

İmam Xomeyni (r) baxışlarında mədəniyyət

Mədəniyyəti tanımaq İslam İnqilabının yaşaması üçün mühüm və həyati məsələlərdən biridir. Mədəniyyət hər cəmiyyətin əsas təzahürlərindən olub həmin ölkənin siyasət və iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır. Mədəniyyətin formalaşması digər sahələrdə də daim mütləq təsirlərini göstərir. Bu məqalədə mədəniyyəti İmam Xomeyninin (r) baxışlarında təhlil etmək istəyirik. İslam inqliabı öz gəlişindən sonra dünyaya belə bir şüar ünvanladı […]

“Türk Hava Yolları” beynəlxalq reysləri bərpa edir

“Türk Hava Yolları” beynəlxalq reysləri bərpa edir

“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən beynəlxalq reysləri bərpa edəcək. Trend-in məlumatına görə, bunu şirkətin mətbuat katibi Yəhya Üstün “Twitter” səhifəsində yazıb. O bildirib ki, həmin tarixdən Türkiyənin 14, Avropanın 16 şəhərinə uçuşlar həyata keçiriləcək. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar “Türk Hava Yolları” şirkəti də uçuşları dayandırmışdı.

Koronavirusa qəsdən yoluxdurmanın üsulu tapılıb

Koronavirusa qəsdən yoluxdurmanın üsulu tapılıb

Çinli alimlər siçanları koronavirusa yoluxdurmağın üsulunu tapıblar. Trend-in məlumatına görə, bunun üçün alimlər CRISPR/Cas9 texnologiyasından istifadə ediblər. Qeyd olunur ki, aparılan təcrübələr zamanı angiotenzin fermenti əldə olunub. Bu ferment vasitəsilə SARS-CoV-2 koronavirusu orqanizmə daxil olur. Mütəxəssislər nəfəs yolları və mədə vasitəsilə siçanları koronavirusa yoluxdura bilib. Bununla belə, digər hallarda siçanları qəsdən koronavirusa yoluxdurmaq mümkün olmayıb. […]