SON XƏBƏR | Archive | GÜNDƏM | 2

Home » Archives by category » Uncategorized » GÜNDƏM (Page 2)

 Laçının böyük oğlu,ruhun şad olsun-VƏTƏNİN AZADDIR

 Laçının böyük oğlu,ruhun şad olsun-VƏTƏNİN AZADDIR

 Dağlar aşıb yetən ünüm Laçındı, Həyatımda ən xoş günüm Laçındı. Dilim batıb, lal olmuşam bu qəmdən, Qürbət eldə həsrət könlüm Laçındı. Nəhayət… 28 illik torpaq həsrəti, 28 əsrə bərabər işğal, bizə yaşatdığı dəhşətlərin sonu gəlir. Laçın azad olunur.. Lаçın hər millətdən оlаn insаnlаrа icаzə vеrmişdi ki, оnlаr dа оnun övlаdlаrı ilə birlikdə yаşаsınlar. Lаçının bu […]

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür. Bu barədə Trend-ə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: “Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək”. […]

DİN-dən aşıq Namiqlə bağlı açıqlama

DİN-dən aşıq Namiqlə bağlı açıqlama

Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib. Trend-in məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir. Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə […]

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib FOTO

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib FOTO

Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib. Sonxəbər.info APA-ya istinadən  xəbər verir ki, nazirliyin “Twitter” səhifəsində qeyd olunur: “Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi”. Paylaşımda #QarabağAzərbaycandır […]

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur – Hulusi Akar

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur – Hulusi Akar

Rusiya Federasiyası ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin texniki aspektləri ilə bağlı dialoq cədvələ uyğun olaraq davam edir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin komandirləri ilə görüşdə deyib. H.Akar xatırladıb ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatların ardınca Türkiyə və Rusiya Federasiyası müdafiə nazirliklərinin rəhbərləri arasında Azərbaycanda […]

Qarabağda 600-dən çox erməni əsgərin cəsədi tapıldı

Qarabağda 600-dən çox erməni əsgərin cəsədi tapıldı

Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan itkin düşmüş erməni hərbçilərin qohumları ilə görüşüb. Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Arutyunyan görüş zamanı 600-dən çox erməni hərbçinin cəsədinin döyüş zonasından çıxarıldığını söyləyib. O, həmçinin itkin düşən şəxslərlə bağlı məsələnin diqqətdə saxlanıldığını bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib. Trend-in məlumatına görə, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, Teymur Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərirdi.

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 […]

FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır

FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırdır. Trend-in məlumatına görə, qurumun rayonda yerləşəcək inzibati binasının girişində asılacaq. Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə […]

“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib.    Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli […]