SON XƏBƏR | Archive | GÜNDƏM | 3

Home » Archives by category » Uncategorized » GÜNDƏM (Page 3)

Ramil Usubov iki millət vəkilinə medal verdi – Foto

Ramil Usubov iki millət vəkilinə medal verdi – Foto

16:05 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Qüdrət Həsənquliyev bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib. Məktubda deyilir: “Hörmətli Ramil müəllim! Məni “Azərbaycan Polisinin […]

FHN mülki müdafiə məşqi keçirdi – Foto

FHN mülki müdafiə məşqi keçirdi – Foto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi avqustun 28-də Bərdə rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib. FHN-dən bildiriblər ki, məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və […]

Ordumuzun “döyüş oyunu”: düşmənin minaları məhv edildi

Ordumuzun “döyüş oyunu”: düşmənin minaları məhv edildi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mürəkkəb əməliyyat şəraitində keçirilən taktiki-xüsusi təlimdə mühəndis qoşunlarının mütəxəssisləri müasir avadanlıq və vasitələrdən istifadə etməklə ərazinin kəşfiyyatını aparıb, eləcə də qoşunların hərəkət yollarının hazırlanması üzrə tapşırıqları icra ediblər. Bundan əlavə, […]

Naxçıvanda döyüş helikopterləri havaya qalxdı – Foto

Naxçıvanda döyüş helikopterləri havaya qalxdı – Foto

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq, praktiki məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir. Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum […]

BMT-nin ali komissarı laçınlılarla görüşdü

BMT-nin ali komissarı laçınlılarla görüşdü

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, hüquq şöbəsinin müdiri Oktavian Mohorea avqustun 27-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşüblər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevin müşayiəti ilə əvvəlcə Laçın Rayon İcra Hakimiyyətində olan qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın […]

Mətbuat Şurasında türk şair və yazıçılarla – Görüş

Mətbuat Şurasında türk şair və yazıçılarla – Görüş

Avqustun 26-da Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib. Bu barədə kult.az-a Şuradan məlumat verilib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycanın türk dövlətləri və toplumları ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür. Ancaq ayrı-ayrı ictimai təşkilatlar da mövcud istiqamətdə […]

“Azərbaycan tranzit ölkə kimi nüfuzunu daha da artıracaq” – Millət vəkili

“Azərbaycan tranzit ölkə kimi nüfuzunu daha da artıracaq” – Millət vəkili

Azərbaycan bu gün iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib. M.Abbaszadənin sözlərinə görə, məhz bu siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan dövrü böyük iqtisadi fəallıqla müşahidə olunur. Onun […]

25 Avqust – Günün qoroskopu

25 Avqust – Günün qoroskopu

Qoç – cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin. Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır. Günün ikinci yarısında mühüm görüş olacaq. Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil. Qarşılıqlı […]

Cocuq Mərcanlı sakinlərinə Qurban payı verildi – Foto

Cocuq Mərcanlı sakinlərinə Qurban payı verildi – Foto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Qurban bayramını Cocuq Mərcanlıda sakinlərlə birgə qeyd ediblər. Komitədən verilən məlumata görə, öncə Füzuli rayonunun ərazisində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, şəhidlərin ruhuna ehtiram ifadə edilib. Daha sonra Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib. Görüş klub-icma mərkəzində davam edib. Sonra Komitə əməkdaşları, Cəbrayıl Rayon İcra […]

XİN-dən Füzuli və Cəbrayılın işğalı ilə əlaqədar – Bəyanat

XİN-dən Füzuli və Cəbrayılın işğalı ilə əlaqədar – Bəyanat

1993-cü ilin avqustun 23-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bunu Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O […]