SON XƏBƏR | Archive | HADİSƏ | 289

Home » Archives by category » Uncategorized » HADİSƏ (Page 289)

Bakıda civəni 4 min manata satmaq istədilər

Bakıda civəni 4 min manata satmaq istədilər

Əməliyyat keçirilib. Bakıda civə satan şəxs saxlanılıb. SonXəbərinfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Bakı şəhər sakini Elxan Baxşıyev 1 kiloqram 297,94 qram zəhərləyici maddə olan metallik civəni 4000 manata satmaq istəyib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Baxşıyev civəni 4000 manata satarkən tutulub. […]

Vətəndaş dövlət məmurunun kabinetində özünü bıçaqladı – NEFTÇALADA

Vətəndaş dövlət məmurunun kabinetində özünü bıçaqladı – NEFTÇALADA

Neftçala rayonunda vətəndaş ilə Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzinin rəhbəri arasında insident yaşanıb. Avropa.info xəbər verir ki, Neftçala rayon sakini Abıyev Elçin Mirzəli oğlu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimovun otağında özünə bıçaqla xəsarət yetirib. E. Abıyev daha əvvəl mərkəzin direktoru olan Z. Kərimovla yaxın münasibətləri; yəni el arasında desən […]

Qadın evdə yanaraq öldü – Sabunçuda

Qadın evdə yanaraq öldü – Sabunçuda

Bakıda bədbəxt hadisə baş verib. 82 yaşlı qadın yanaraq ölüb.   Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi Ə. Cəfərov küçəsi ev 14 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1934-cü il təvəllüdlü Nazlı Musayevaya məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın başlayıb.   Dərhal əraziyə Fövqəladə Hallar […]

Sabirabadda qardaş bacısının başını kəsdi

Sabirabadda qardaş bacısının başını kəsdi

Sabirabad rayonunda qətl hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib. Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunmaq üçün Sabirabad rayon […]

Ermənilərdən növbəti ekoloji terror təhdidi

Ermənilərdən növbəti ekoloji terror təhdidi

Ermənilərin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması fəsadlara səbəb oldu Bərdənin Əyricə kəndində körpü uçub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, körpünün uçmasına səbəb Tərtər çayında suyun artması olub. Tərtərçay Hidroqovşağı İdarəsindən  APA-ya  bildirilib ki,  Ermənistan tərəfi, çaya işğal altında olan Sərsəng su anbarından normadan artıq su buraxıb. Çayda suyun səviyyəsinin qalxması Tərtərçay […]

Azərbaycanda oğlan özünü ürəyindən güllələdi

Azərbaycanda oğlan özünü ürəyindən güllələdi

Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qadın sürücü maşının şüşəsindən çıxıb divara çırpıldı

Qadın sürücü maşının şüşəsindən çıxıb divara çırpıldı

Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol qəzası baş verib. Musavat.com-un verdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomobili səbəb olub. Qadın sürücü “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn “Kia” markalı avtomobilə, o isə “Toyota” […]

Ağır qəza: Sürücü divara çırpıldı – Foto

Ağır qəza: Sürücü divara çırpıldı – Foto

Bakıda zəncirvari yol qəzası baş verib, üç avtomobil toqquşub.   Musavat.com xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomoil səbəb olub. Qadın sürücü Azneft dairəsi istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn KİA markalı avtomobilə, o isə “Toyota” markalı başqa […]

Ermənilər qəbirlərimizi atəşə tutdular – VİDEO + FOTO

Ermənilər qəbirlərimizi atəşə tutdular – VİDEO + FOTO

Düşmən ölülərimizi də rahat buraxmır. “Bu qəbir anamın qəbridir” Tərtər rayonunun Qapanlı kənd qəbiristanlığı mütəmadi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulur. Bir neçə ay öncə qəbiristanlığın minaatanların hədəfinə tuş gəlməsi nəticəsində mərmilərdən biri məzar daşını zədələyib. “Bu qəbir mənim anamın qəbridir. Mart ayının 9-da rəhmətə getmişdi. Biz bu baş daşını qurandan bir neçə gün […]

Bakıda 165 min dollarlıq QIZIL DAVASI

Bakıda 165 min dollarlıq QIZIL DAVASI

Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib.  Lent.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü Qasımov Rövşən Həsənağa oğlu müraciətində bildirib ki, 2014-cü ilin 24 noyabr tarixində, tanışı, 1972-ci il təvəllüdlü Dadaşov Dadaş Ağabala oğluna 165 min dollar dəyərində qızıl zinət əşyaları verib. D.Dadaşov həmin qızılları Mərkəzi Univermaqdakı mağazada satıb pulunu verəcəyini deyib. […]