SON XƏBƏR | Archive | iqtisadiyyat | 188

Home » Archives by category » Uncategorized » iqtisadiyyat (Page 188)

Ölkədə bahalaşma tendensiyası davam edəcək

Ölkədə bahalaşma tendensiyası davam edəcək

Payızda ərzaq və çörəyin qiyməti bahalaşacaq; Vahid Məhərrəmov: “Kartofun qiymətində də ciddi artım olacaq” Yaz və yay aylarında yağıntının az olması, quraqlıq və həddindən artıq isti hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurub. Bu quraqlıq nəticəsində əkin sahələrinə dəyən ziyandan həm istehsalçılar, həm də istehlakçılar əziyyət çəkir. Quraqlıq nəticəsində əkin sahələrinə ziyan dəydiyi üçün payızda […]

Facebook” milyardlar xərcləyəcək

Facebook” milyardlar xərcləyəcək

Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook” şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona qoşulması üçün milyardlarla dollar xərcləməyə hazırdır. Bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib. “Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb […]

Bakı supermarketlərində əhaliyə necə kələk gəlirlər?

Bakı supermarketlərində əhaliyə necə kələk gəlirlər?

Yaxud firmaların hədiyyəli kampaniyalarının arxasından görün nələr çıxır… Bazarda kənd təsərrüfatı məhsullarının qiymətinin artması iri marketlərdəki qiymətlərə də təsir edib. Supermarketlərdə də meyvə-tərəvəzin qiyməti yüksək həddədir. Bir-bir sadalamayacam, amma bazarla eynidir. Lakin ərzaq məhsullarında xüsusi qiymət artımı müşahidə olunmur. Mağazaların öz aralarında isə qiymət fərqi 10, 20 və ya 30 qəpik həddində “oynayır”. Bəzən gündəlik […]

Bazar baha, ciblər boş – REPORTAJ – FOTOLAR

Bazar baha, ciblər boş – REPORTAJ – FOTOLAR

Rusiyanın Avropa ölkələrindən  9 milyardlıq məhsul idxalına veto qoyması azərbaycanlı fermerlərin üzünü güldürdü desək yanılmarıq.   Məhsulu ağacda xarab olanlar indi bir almanın belə yerə düşməsinə razı olmur.  Fermerlərin üzü gülsə də, əhalinin kasıb təbəqəsinin vəziyyəti heç də ürək açan deyil.   Qərblə alış-verişi kəsən Rusiya ət, meyvə-tərəvəz almaq üçün Türkiyə, Gürcüstan və Azərbaycan bazarlarına […]

Eldar İbrahimovdan iki nazirə xəbərdarlıq

Eldar İbrahimovdan iki nazirə xəbərdarlıq

“İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri bu işləri tənzimləməlidir” Son günlər istehlak bazarında qiymət artımı aqrar məhsullarda daha aydın görünür. Kartof, soğan, qarpız, yemiş, pomidor, xiyar, göyərtilər, kələm, meyvələr bahalaşıb. Kartofu 90 qəpikdən ucuz tapmaq olmur. Pomidor və xiyar isə baha olması ilə yanaşı, həm də qıtlaşıb. Zirə pomidoru 2 manat, Gürcüstan sortu isə 1 […]

“Şadlıq sarayları şəbəkəsi nəzarətə götürüləcək“

“Şadlıq sarayları şəbəkəsi nəzarətə götürüləcək“

Hökumət şadlıq evləri ilə bağlı hərəkətə keçdi Restoranlar toy sahibləri ilə müqavilə imzalamağa məcbur ediləcək; Vahid Əhmədov: “Birinci növbədə vergi sistemini tənzimləmək lazımdır” “Yeni Müsavat” qəzetinin ötən sayında manşetdən “Şadlıq evləri bağlanır” sərlövhəli yazı dərc edilib. Məqalədə bildirilir ki, “toy oliqarxları”na böyük zərbə hazırlanır, dövlət yas mərasimlərinin tənzimlənməsindən sonra toy biznes sektorundakı xaotik vəziyyəti də […]

Azərbaycandan 3 ölkəyə pul qadağası

Azərbaycandan 3 ölkəyə pul qadağası

Azərbaycandan 3 ölkəyə bank vasitəsilə pul köçürmələri qadağan edilib. Bu ölkələr Ermənistan, İran və Əfqanistandır. Ermənistana qoyulan bu qadağanın səbəbi məlum olsa da, İran və Əfqanistana transferlərin dayandırılması müəmmalıdır. Azvision.az bu, qadağanın səbəbini araşdırmaq üçün bir neçə məşhur banka müraciət edib. “Əmrahbank”, “Standart” Bank, “Bank Respublika”dan İrana pul köçürülməsinin mümkün olmadığını bildiriblər. Səbəb isə açıqlanmayıb. […]

İcbari Sığorta Bürosu kompensasiyaya 170,376 manat xərcləyib

İcbari Sığorta Bürosu kompensasiyaya 170,376 manat xərcləyib

İcbari Sığorta Bürosu tərəfindən 2014-cü ildə sayca 50-ci kompensasiya tələbi üzrə ödəniş həyata keçirilib. Bürodan bu barədə Publika.az-a bildirilib ki,  01.06.2014-cü il tarixində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 142-ci km-də naməlum avtonəqliyyat vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 (beş min) manat məbləğində kompensasiya ödəniş olunub. Ümumilikdə cari il ərzində […]

Millət vəkili hökumətə çağırış etdi: “Qiymətlər qalxır, qoymayın!”

Millət vəkili hökumətə çağırış etdi: “Qiymətlər qalxır, qoymayın!”

Milli Məclisin deputatı Fazil Mustafa son günlər Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarının bahalaşmasına diqqət çəkərək, hökumətə çağırış edib. Millət vəkili bildirib ki, hökumət qiymət sıçrayışının qarşısını almaq üçün tədbirlərə əl atmalıdır:”Putinin avantürasının əziyyəti artıq Azərbaycanda da özünü hiss etdirməyə başlayır. Son günlər bazarda bütün meyvə, tərəvəz və bostan məhsullarının qiyməti sürətlə artmağa başladı. Müvafiq olaraq bütün […]

Smartfonlar qadağan olunacaq

Smartfonlar qadağan olunacaq

2015-ci ilin əvvəlində Avropa İttifaqı çox enerji sərf edən smartfon və mobil telefonların ittifaq ölkələrinin ərazisində istehsalı və satışının qadağan olunması ilə bağlı təkliflə çıxış edəcək. Publika.az-ın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, daha əvvəl Avropada müvafiq orqanlar həmin qadağanı tozsoran, paltaryuyan maşın, soyuducu və televizorlar üçün tətbiq ediblər. İndi isə bu qadağanın digər məişət […]