SON XƏBƏR | Archive | SİYASƏT | 184

Home » Archives by category » Uncategorized » SİYASƏT (Page 184)

Deputat Etibar Hüseynov seçkilərə qatılmaqdan imtina etdi

Deputat Etibar Hüseynov seçkilərə qatılmaqdan imtina etdi

Deputat Etibar Hüseynov noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq. Savash.org bildirir ki, bu barədə E.Hüseynov özünün sosial şəbəkədəki hesabında yazıb: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki, bugünkü […]

Ərdoğan: Azərbaycan və Türkiyə TANAP layihəsini sürətləndirəcəklər

Ərdoğan: Azərbaycan və Türkiyə TANAP layihəsini sürətləndirəcəklər

Azərbaycan və Türkiyə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layhəsinin reallaşdırılmasını sürətləndirəcəklər. “TRT Haber” telekanalının verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident, həmçinin TANAP layihəsinin vacibliyini və onun reallaşdırılmasının zəruriliyini qeyd edib. Qeyd edək ki, R.T.Ərdoğan daha əvvəl enerji layihələrinin reallaşdırılmasında Azərbaycanın Avropanı geridə qoyduğunu və TANAP layihəsini həyata keçirməyə başladığını demişdi. […]

Mahmud Məmmədquliyev: Azərbaycan və Aİ-nin bir-birinə ehtiyacı var

Mahmud Məmmədquliyev: Azərbaycan və Aİ-nin bir-birinə ehtiyacı var

Azərbaycan və Avropa İttifaqının (Aİ) bir-birinə ehtiyacı var və müəyyən müddətdən sonra tərəflər arasında münasibətlər bərpa olunacaq. Bunu trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra Aİ-Azərbaycan münasibətlərini şərh edərkən deyib. O bildirib ki, həmin qətnamə qəbul edildikdən sonra Avropa Komissiyasının Azərbaycana səfəri təxirə salındı. Səfər zamanı […]

Məmmədyarov BMT-nin ikili standartlarını təhlükəli sayır

Məmmədyarov BMT-nin ikili standartlarını təhlükəli sayır

Dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsipləri çox zaman yanlış təfsir edilir və ya qeyd-şərtlərlə həyata keçirilir. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, bunu nazir Elmar Məmmədyarovun BMT-nin 70 illik yubileyi münasibətilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxışı zamanı deyib. O bildirib ki, BMT-nin öz […]

“ATƏT-in Minsk Qrupunun fəaliyyəti qaneedici deyil”

“ATƏT-in Minsk Qrupunun fəaliyyəti qaneedici deyil”

Xələf Xələfov təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Alman-Azərbaycan Forumunun (AAF) idarə heyətinin sədri Hans-Eberhard Şlayer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horsetskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat […]

“İmza toplaya bilmirlər, şou düzəldirlər…”

“İmza toplaya bilmirlər, şou düzəldirlər…”

Siyavuş Novruzov: “Elə yer var ki, orada bir hörmətli məktəb direktoru həmin akademikdən çox səs toplaya bilər” YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsini təqdim edirik: – Seçki siyahısı açıqlanandan sonra, partiyanın iradəsindən kənar namizədliyini irəli sürən üzvlər barəsində tədbir görüləcəyini vurğulamışdınız. Salyanın keçmiş icra başçısı, partiyanın üzvü Yusif Ələkbərov 59 saylı […]

Minsk qrupu Ermənistanı Azərbaycanın nizamlanma üzrə təklifini qəbul etməyə çağırdı

Minsk qrupu Ermənistanı Azərbaycanın nizamlanma üzrə təklifini qəbul etməyə çağırdı

ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca atəşkəs rejiminin pozulması barədə iddiaların yoxlanılması üçün ATƏT-in araşdırma mexanizminin tətbiqi məsələsini tam dəstəkləyir. Bunu Ermənistan mətbuatına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib: “Biz Ermənistanı Azərbaycanın Minsk qrupunun himayəsi altında danışıqlara çağırışına diqqət yetirməyə dəvət edirik ki, bu da sülh yolu ilə uzunmüddətli […]

Əli Kərimli gizli səsvermədən niyə qorxdu?

Əli Kərimli gizli səsvermədən niyə qorxdu?

AXCP-də sədrlik davası qızışır: Razi Nurullayev də qurultay təyin etdi; Sahib Kərimli yeni sədri hədəfə aldı: “Sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam” AXCP sentyabrın 27-də növbəti qurultayını keçirdi. Partiya demokratiyanın əsas prosedurlarından biri olan gizli səsverməyə növbəti dəfə getmədi. Bu da onun opponentlərində və siyasi çevrədə ciddi müzakirələrə səbəb oldu. Bu cür müzakirələrdə hər […]

Baş katibdən ETİRAF: “Biz Avropada qaçqınları qovuruq”

Baş katibdən ETİRAF: “Biz Avropada qaçqınları qovuruq”

“Türkiyə və Azərbaycan kimi müsəlman əhalisi olan ölkələr öz qapılarını qaçqınların üzünə açmağa daha çox hazırdırlar” Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının (AŞ) baş katibi Tyobörn Yaqland Assambleya üzvlərinin suallarını cavablandırıb.   APA-nın Avropa müxbirinin xəbərinə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətin üzvü Rafael Hüseynovun hazırda “Avropadakı qaçqın böhranı fonunda […]

Pedro Aqramunt AŞ PA-nın sədri seçildi

Pedro Aqramunt AŞ PA-nın sədri seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bugünkü plenar iclasından sonra qurumda təmsil olunan Avropa Xalq Partiyası fraksiyasında Assambleyanın 2016-cı ilin yanvarında keçiriləcək sessiyasına AŞ PA sədri postuna seçkilər keçirilib. Seçkilər qrup daxilində iki namizəd – Azərbaycan üzrə keçmiş həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunt və fransalı deputat, AŞ PA-nın sabiq sədri Jan-Klod Minyon arasında […]