SON XƏBƏR | Archive | SİYASƏT | 185

Home » Archives by category » Uncategorized » SİYASƏT (Page 185)

Müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin banisi

Müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin banisi

Hər bir dövlətin, xalqın taleyində həlledici məqamlarda məsuliyyəti üzərinə götürərək xalqının, millətinin gələcəyini müəyyən etmiş, dövlətini bəlalardan qorumuş böyük şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlər öz xalqını zamanın ən sərt sınaqlarından uğurla çıxararaq milli dövlətçilik, azadlıq və müstəqillik ideallarını gerçəkləşdirmiş, xalqının xilaskarına çevrilmişlər. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə, misilsiz xidmətlərə imza atmış böyük öndər şübhəsiz ki, […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə […]

Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı. Trend-in məlumatına görə, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə […]

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 8-nə olan statistik göstəriciləri açıqlayıb. Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 620 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 181 530 test aparılıb.

Həkimlərə həsr edilən yeni mahnı təqdim olunub – VİDEO

Həkimlərə həsr edilən yeni mahnı təqdim olunub – VİDEO

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva bu dəfə həkimlər üçün oxuyub. “Report”un xəbərinə görə, sözləri Mirmehdi Seyidzadəyə aid olan “Mehriban həkim” mahnısının musiqisi Sevinc Ağasıyevaya, aranjimanı Samir Şirinova aiddir. “Mehriban həkim” mahnısına “İctimai Televiziya” tərəfindən klip də çəkilib. Klipin rejissoru Vüsal Həmdullayevdir. Bəllidir ki, koronavirusla mübarizədə həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin üzərinə böyük yük düşür. Elə buna görə […]

Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı, 25 nəfər sağaldı

Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı, 25 nəfər sağaldı

Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə daxil olan məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam […]

Metroya maskasız daxil olan sərnişinləri kim cərimələyəcək? – RƏSMİ

Metroya maskasız daxil olan sərnişinləri kim cərimələyəcək? – RƏSMİ

Metroya maskasız daxil olan sərnişinlərin cərimələnməsi “Bakı Metropoliteni”nin səlahiyyətində deyil. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib. Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tədbir görə bilər: “Biz yalnız səlahiyyətimiz daxilində qaydalara uyğun fəaliyyət göstərəcəyik və qaydalara uyğun da nəzarət həyata keçirəcəyik”.

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. Brifinqdə KİV nümayəndələrini maraqlandıran suallara cavab verilib.

Dövlət Komitəsində Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirilib (FOTO)

Dövlət Komitəsində Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirilib (FOTO)

Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin 28 ili tamam olur. Bununla əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçilərinin iştirakı ilə videokonfrans keçirilib. Komitədən Trend-ə bildirilib ki, virtual tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə […]

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb. Tədqiqatçı alim 15 aprel 2020-ci il tarixdə Elmi-Tədqiqat və tədris-metodiki müəsissə əməkdaşlarının və ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində […]