SON XƏBƏR | Archive | SİYASƏT | 3

Home » Archives by category » Uncategorized » SİYASƏT (Page 3)

Azərbaycan yeni səhifənin qəhrəmanı ola bilər – Mattarella

Azərbaycan yeni səhifənin qəhrəmanı ola bilər – Mattarella

Belə bir vaxtda Azərbaycana rəsmi səfərimin təşkil olunması bizim üçün çox önəmlidir. Çünki ölkələrimiz arasında nəinki dostluq əlaqələri, eləcə də ikitərəfli əməkdaşlıq baxımından çox yüksək səviyyədə inkişaf var. Lakin biz bu əlaqələri xüsusən də iqtisadi sahədə və digər sahələrdə məsələn, siyasi, humanitar sahələrdə daha da inkişaf etdirmək istəyirik. Bunu İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan-İtaliya biznes […]

Novruz Məmmədov İtaliya prezidenti ilə görüşdü

Novruz Məmmədov İtaliya prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər. Baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir bildirib ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da […]

Ərdoğan Bakıda – Canlı

Ərdoğan Bakıda – Canlı

11:08 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni prezidentlik müddətində ilk səfərini həyata keçirmək üçün TUR təyyarəsi ilə saat 10:10-da Esenboğa hava limanından Azərbaycan istiqamətində yola düşüb. Hava limanında Ərdoğanı TBMM-in müvəqqəti sədri Durmuş Yılmaz, prezidentin müavini Fuad Oqtay, Ankara valisi Ərcan Topaca və digər rəsmilər yola salıb. Bakı səfərinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan […]

Bu, Ermənistanın tənəzzülünü daha da dərinləşdirəcək – XİN

Bu, Ermənistanın tənəzzülünü daha da dərinləşdirəcək – XİN

Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyillidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Brüsseldə çıxan və Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan “Euractive” dərgisində dərc edilən “Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində bildirib. “Təəssüflə qeyd etməliyik ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan […]

Azərbaycana dəstəyimiz davam edəcək – Amerikalı nazir

Azərbaycana dəstəyimiz davam edəcək – Amerikalı nazir

Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rik Perri ilə görüşüb. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, Avropaya enerji ehtiyatları […]

İrəvanın bu addımı regional sülh üçün başlıca təhdiddir – XİN

İrəvanın bu addımı regional sülh üçün başlıca təhdiddir – XİN

Ermənistan BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edərək ölkəmizin suveren ərazilərini işğal edib. Ermənistan zəbt olunmuş əraziləri işğal altında saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davam etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız […]

Soros AŞPA-ya böyük təzyiqlər göstərir – Aqramunt

Soros AŞPA-ya böyük təzyiqlər göstərir – Aqramunt

Avropa Şurası Parlament Assambleyası nəzdində Azərbaycana və digər bəzi ölkələrə qarşı ikili standartlar yürüdülməsi adət halını alıb. Uzun illər bu cür hallara qarşı mübarizə aparmışam. Bəzi ölkələrin lobbi qrupları AŞPA-da Azərbaycan, Rusiya təmsilçilərinə və hətta mənə qarşı böyük təzyiqlər göstəriblər. Bu fikri Azərtac-a müsahibəsində ispaniyalı parlamentari Pedro Aqramunt söyləyib. O deyib ki, Avropa Şurasında lobbi təzyiqləri […]

Səməd Seyidov vitse-prezident seçildi

Səməd Seyidov vitse-prezident seçildi

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib. Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü – Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinin üzvləri kimi təsdiqləniblər.

Nazir açıqladı: Bu ərazilər azad edildi – Video

Nazir açıqladı: Bu ərazilər azad edildi – Video

10:59 Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq. Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib. Nazir qeyd edib ki, qarşıdan çox tarixi bir gün – Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir: “Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki […]

Azərbaycanlı deputat ermənini susdurdu

Azərbaycanlı deputat ermənini susdurdu

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 51-ci Baş Assambleyasında ümumi müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Qagik Minasyan deyib ki, Ermənistan qonşu ölkələr tərəfindən izolyasiyaya alınıb və bu səbəbdən də normal inkişaf edə bilmir. Bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında paylaşıb. “Ondan sonra çıxış edən […]