Mərdan Camalov da postunda çox oturmayacaq... - İDDİA | SON XƏBƏR | SON XƏBƏR

Mərdan Camalov da postunda çox oturmayacaq… – İDDİA

Vallah bu icra başçılarının, ümumiyyətlə, iri məmurların tərcümeyi-halları komediya mövzusudur.

Bu yazımızda hazırda Zərdabın, bundan əvvəl isə Şirvan şəhərinin icra başçısı olan Mərdan Camalovun ömür yoluna nəzər salaq.
Mərdan Camalov 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib və həmən ildə təyinat üzrə Sabirabad rayonu Ağacanlı kənd məktəbində müəllim işləyib. 3 ildən sonra Mərdan Camalov gecə yuxuda nə görübsə, məktəbdən çıxıb və Əli Bayramlı şəhər ( indiki Şirvan ) dəri zavodunda çilingər işə düzəlib.
Vallah, bu normal ağıla, məntiqə sığmır e. Ali təhsilli müəllim necə oldu ki, gedib çilingər işinə düzəldi, özü də dəri zavodunda. Sonra yenə ixtisasını dəyişib və çilindər peşəsindən dönüb olub Əli Bayramlı istehlak cəmiyyətinin sədri. Çilingər hara, istehlak cəmiyyəti hara, özü də birbaşa sədr ee…
Sonra Mərdan Camalov qəfldən “pavarot” eləyib və olub Qaz idarəsinin müdiri və…sonda olub Şirvan şəhərinin icra başçısı.
Bax, özünüz də gördünüz ki, bu adamın həyat yolu, fəaliyyəti məntiqə sığmır. Müəlimlikdən, çilingərliyə, sonra qaza, sonra ticarətə, sonra ..
Deməli, Şirvan şəhərinə icra başçısı təyin olunan kimi rayon ərazisində olan 3 min metr qaz turbalarını kəsdirib “metallom” kimi satdırıb. Bu cinayət işi ilə ölkədə hamı məşğul olub, amma Mərdan müəllimin heç tükü də tərpənməyib. Hətta Azəriqaz da heç nə edə bilməyib.
Təsəvvür edirsiniz, adam rayon ərazisindəki 3 min metr qaz turbalarını kəsdirib satdırıb.
Bunu ağlı başında olan adam edə bilməz.
Amma bu ağılın sahibi düz 14 il Şirvan şəhərinə rəhbərlik edib. Rayondakı bütün idarələrdən hər ay “töycü” yığan Mərdan Camalov az vaxtda milyonçuya çevrilib.
Əlbəttə, Mərdan Camalovun açıq-aşkar belə meydan sulamasına səbəb, qardaşı, mərhum Yavər Camalovun Müdafiə Sənayesi naziri olması idi.
İndi də Yavər Camalovun yeznələrinə məxsus Montenapaleonebaku restoranında Mərdan Camalovun oğlanları kef məclisləri qurur və 44 günlük müharibə zamanı bu kef məclisləri sosial şəbəkələrdə böyük REZONANS doğurmuşdu.
Mərdan Camalov ayda aldığı rüşvətin miqdarını müəyyən etmək üçün birbaşa rayondakı xəstəxanaya gedib xəstələri sayırmış və vururmuş konkret rəqəmə və aylığı hesablayırmış.
Belə bir rüsvayçı adam rayona necə rəhbərlik edə bilər ?
İndi isə Mərdan Camalovun Zərdabdakı fəaliyyətinə nəzər salaq.
Mərdan Camalov abadlıq, yol tikintisi adı altında öz qohumlarını adına açılan şirkətlər vasitəsilə dövlətin milyonlarını mənimsəyir. Hətta o qədər həddini aşıb ki, rayon ərazisində faəliyyət göstərən müxtəlif nazirliklərin rəhbərlərinə deyir ki, mənimlə hesablaşmalısınız, öz nazirinizlə yox.
Bərəkallah, Camalov.
Hələ bu harasıdır e..
Deməli, 44 günlük Qarabağ savaşında ordumuza kömək edən, maddi dəstək olan yerli sahibkarlara deyib ki, mənə də pul verməlisiniz, orduya kömək edirsinizsə, deməli imkanınız var…
Daha yazmağa, deməyə adam söz tapmır.
Amma, Mərdan Camalovun sonuncu açıqlaması və saytlara qəzəbinə fikir verin: “ Bunlar pis işlərə sevinirlər. Allah göydən baxır, Allah başınıza gətirsin”.
Camalov, Allah göydən baxmır, uca Allah hər yerdən baxır. Həm də ordumuza dəstək olanlardan pul istəmək, qaz turbalarını kəsib satmaq və s yaxşı işdirmi ? Bunları edən sənsən ee, jurnalistlər yox.
Darıxma, Mərdan Camalov , Allah səni də dostlarının yanına göndərəcək. //gundelik-baku.com//


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>