“Fransalı deyib ki, elə Şuşa kiçik Parisdi ki...” - Əmir Muradın nəticəsinin xatirəsi... | SON XƏBƏR | SON XƏBƏR

“Fransalı deyib ki, elə Şuşa kiçik Parisdi ki…” – Əmir Muradın nəticəsinin xatirəsi…

“Hər bir Azərbaycan vətəndaşı üçün sevindirici haldır ki, təxminən otuz ildən sonra Şuşanı işğaldan azad edən ölkə başçımız onu Azərbaycanın mədəniyyət mərkəzi elan etdi”
Bunu Moderator.az-a açıqlamasında Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov deyib. F.Səfərov bu gün Şəhidlərimizi ziyarətə getdiyini bildirib:
“İndi mən Şəhidlər Xiyabanına ziyarətə gedirəm. Hər bir Azərbaycan vətəndaşı üçün sevindirici haldır ki, təxminən otuz ildən sonraŞuşanı işğaldan azad edən ölkə başçımız onu Azərbaycanın mədəniyyət mərkəzi elan etdi. Bu hamımız üçün sevindirici haldır. Bu mədəniyyət sözünün içində çox böyük atributlar var. Şuşanın görkəmli şəxsiyyətləri ilə bərabər, Şuşanın bütün tərəfləri, sözü-söhbəti, xeyri-şəri, bir sözlə, hamısı mədəniyyətdi. Hətta evdə süfrə mədəniyyəti demək olar ki, hər yerdən fərqlənir. Şuşada insanlar süfrəsiz stolda oturmayıb, çexolsuz yorğan-döşəkdə yatmayıb. Şuşanın mədəniyyət mərkəzi olmasıyla bərabər, vaxtilə onu kiçik Paris adlandırıblar. Bu mənim yaşlı adamlardan eşitdiyim tarixi bir hadisədir. Belə ki, vaxtilə Pənahəli xanın yüzbaşısı olan Əmir Muradın nəticəsindən eşitdiyimə görə o vaxt Fransadan Şuşaya gələn fransızlar kimə yaxınlaşıbsa, şuşalılar onlarla fransız dilində ünsiyyət qura bilib. Qonaq da deyib ki, “elə bura kiçik Parisdi ki”. O gündən indiyə kimi bildirilir ki, Şuşa Qafqazın konservatoriyasıdır.
Mən bir daha hamımızı təbrik edirəm və gün o gün olsun ki, torpaqlarımızın işğalda qalan qismini də azad edib ərazi bütövlüyümüzü təmin edək. Bu qələbəni biz dövlətimizin apardığı siyasətə, xalqımıza, o torpaqlar uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə borcluyuq. Azərbaycan oğulları döyüşlər vaxtı imkan tapıb bunu mobil telefona çəkiblər və orda görünür ki, onlar hansı ruhla döyüşüblər".
Vasif Əlihüseyn

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>