Türk əsgəri çıxır: Qərb diplomatları qorxuya düşdü | SON XƏBƏR | SON XƏBƏR

Türk əsgəri çıxır: Qərb diplomatları qorxuya düşdü

ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarması qərbli diplomatların Kabili tərk etməsiylə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti yayıb.

Məlumata görə, ABŞ-ın bir sıra müttəfiqləri, o cümlədən Almaniya öz əsgərlərinin evə dönüşüylə bağlı logistik problemlərin həllini sürətləndirmək üçün Vaşinqtondan qoşunların çıxarılması tempinin azaldılmasını istəyiblər. Qəzet əvvəllər Kabil beynəlxalq aeroportunu qorumağı planlaşdıran Türkiyənin əsgərlərini bu ölkədən çıxarmaq istəyinin diplomatların Əfqanıstanda qalmasına problem yaratdığını bildirib. Hesab olunur ki, belə vəziyyətdə Taliban Kabilə hücum edərsə, diplomatlar ölkəni yeganə təhlükəsiz yolla tərk etmək imkanından məhrum olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>