“Ara Ayvazyan mina xəritələrini Azərbaycana verməyə mane olurdu...” | SON XƏBƏR | SON XƏBƏR

“Ara Ayvazyan mina xəritələrini Azərbaycana verməyə mane olurdu…”

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş xarici işlər naziri Ara Ayvazyanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməyə əngəl yaratdığını açıqlayıb. Virtualaz.org xəbər verir ki, Qriqoryan bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Onun sözlərinə görə, Ara Ayvazyan Azərbaycana mina xəritələrinin verilməsinə və əvəzində erməni hərbçilərinin qaytarılmasına əngəl yaradırdı.

“Ayvazyan bizim tərəfdaşlarımıza deyirdi ki, bizim artıq verdiyimiz mina xəritələri mövcud deyil. Və o, istefa verən kimi bu məsələ həll olundu”,-Armen Qriqoryan deyib.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ayvazyan nəinki yalan danışırdı, eləcə də bütün prosesə mane olurdu. Keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi yox idi, Ayvazyanın məqsədi ancaq Nikol Paşinyanın siyasi komandasına problemlər yaratmaqdan ibarət idi.

“Sizdə belə sual yaranmır ki, nəyə görə bu problem uzun müddət həll olunumurdu, ancaq o istefa verib danışıqlarda iştirakını dayandıran kimi həll olundu?”,-Qriqoryan bildirib. O, hazırda mina xəritələrinin verilməsinin əvəzində Azərbaycanda saxlanılan erməni əsgərlərinin qaytarılması barədə danışıqların aparılmasına toxunaraq deyib ki, Ermənistan tərəfi “istənilən konstruktiv hərəkətə analoji cavab verməyə hazırdır”.

Ara Ayvazyan mayın 27-də istefa verib. Onun istefasından bir neçə gün sonra Ermənistan Ağdamın minalanmış ərazilərinin xəritəsini ABŞ və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycana verib, əvəzində Azərbaycan 15 erməni hərbçisini geri qaytarıb.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>