Məşhur türk aktrisa oğrunu bağşladı - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Məşhur türk aktrisa oğrunu bağşladı – FOTO

Türkiyəli aktrisa Deniz Çakırın elektrik velosipedi oğurlanıb.

Sonxəbər.info  lent.az-a istinadən xəbər verir ki, aktrisa velosipedi Beşiktaşda qaldığı binanın girişindəki boşluğa qoyubmuş, ancaq sonradan onu yerində görmədiyindən polisə şikayət edib.

Polis ətrafdakı müşahidə kameralarını incələyib və velosipedi qaçıran şəxsin Uyqar K. adlı tibb bacısı olduğunu müəyyən edib. Uyqar K. velosipedi polis orqanına çağırılıb və ifadəsi alınıb. O, velosipedi də polisə təqdim edib. Polisə ifadəsində tibb bacısı əməlini etiraf edib və çox peşman olduğunu deyib.

Oğurluq əməli ilə bağlı məhkəmə qarşısına çıxan Uyqar K. velosipedi pandemiya dövründə tez-tez COVID-19 xəstələrinə baş çəkməli olduğu üçün ehtiyacdan götürdüyünü və bir gün geri qaytarmaq niyyətində olduğunu deyib.

Məhkəmədə ifadə verən aktrisanın vəkili velosipedin geri qaytarıldığını təsdiqləyib və Uyqar K.-nın tibb işçisi olduğunu, velosipedi də məhz xəstələrə yardım etmək üçün istifadə etdiyini nəzərə alaraq şikayəti geri götürdüklərini açıqlayıb. Belə olan halda məhkəmə işə xitam verib və Uyqar K. sərbəst buraxılıb.

959045_000

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>